Bank Of Baku

Azərbaycanlı dirijor Sankt-Peterburq Akademik Dövlət Opera və Balet Teatrı ilə birgə Tokioda konsertlər verəcək – FOTO

Azərbaycanlı dirijor Sankt-Peterburq Akademik Dövlət Opera və Balet Teatrı ilə birgə Tokioda konsertlər verəcək – <font color=red>FOTO</font>
# 21 dekabr 2011 09:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov Yaponiyanın paytaxtı Tokio şəhərində çıxış edəcək. Bu barədə APA-ya məlumat verən dirijor deyib ki, o, Yaponiyaya M. P. Musorqski adına Sankt-Peteburq Akademik Dövlət Opera və Balet Teatrı ilə birlikdə gedəcək: “Noyabrda Sankt-Peterburqda Sergey Prokofyevin “Romeo və Cülyetta” baletini idarə etmək təklifi almışdım. Bu baletin nümayişi çox uğurla baş tutdu və növbəti dəvət aldım. Tokio şəhərində 10 gün müddətində 4 simfonik konsertlə çıxış edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR