Bank Of Baku

Emin Ağalarov dünya turnesinə start verib

Emin Ağalarov dünya turnesinə start verib
# 23 dekabr 2011 11:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dünən Heydər Əliyev Sarayında “Emin Live” adlı konsert proqramı ilə çıxış edən Emin Ağalarov konsert sonrası təəssüratlarını bölüşüb. APA-nın məlumatına görə, müğənni jurnalistlərə açıqlamasında konsertin gözəl keçdiyini bildirib: “Hər şey çox gözəl idi. Tamaşaçıların isti münasibətini hiss etdim. Konsertə hazırlaşarkən hər şeyin yaxşı olması üçün çox çalışdıq. Düşünürəm ki, bu, alındı”.

Müğənni Bakıdakı konserti ilə dünya turnesinə start verdiyini deyib. Onun sözlərinə görə, bundan sonra Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdə olacaq: “Almaniyada mütləq olacağıq, çünki, orada bu konserti gözləyənlər çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR