Bank Of Baku

“Boutique Baku: 100 çox mühüm şəxs” adlı nəşrin təqdimatı keçirilib

“Boutique Baku: 100 çox mühüm şəxs” adlı nəşrin təqdimatı keçirilib
# 23 dekabr 2011 15:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Boutique Baku: 100 çox mühüm şəxs” adlı kolleksiya nəşrinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, jurnalın məsul redaktoru Vyaçeslav Sapunov “Boutique Baku”nun 5 illik fəaliyyətinin yekunu kimi hazırlanan “Boutique Baku: 100 çox mühüm şəxs” adlı xüsusi buraxılışın mahiyyətindən danışıb: “Oxucuları birdəfəyə “Boutique Baku” jurnalının 100 ən parlaq həmsöhbəti ilə görüş gözləyir. Onların arasında yazıçı və diplomatlar, kuturye və musiqiçilər, rəssam və zərgərlər, alim və teleaparıcılar, aktyor və sahibkarlar, rejissor və jurnalistlər, idmançı və həkimlər var. O şəxslər ki, bizim həyatımızı daha maraqlı, daha parlaq edir, düşünür və yaradır, nail olduqları ilə kifayətlənmirlər”.

Yüz ən məşhur arasında yazıçılar Rüstəm İmrahimbəyov, Eduard Topol, Elçin Səfərli, Eduard Bağırov, Edvard Radzinski, Çingiz Aytmatov, aktyorlar Jerar Depardye, Vaxtanq Kikabidze, dizaynlerlər Jan-Pol Qotye və Toni Uord, fotoqraflar Riçard Maklaren və Con Rankın, zərgərlər Roberto Koin və Favaz Qruozi, müğənni Emin Ağalarov və teleaparıcı Mixail Qusman, televiziya biliciləri Balaş Qasımov və Rövşən Əsgərov, tarixçi Fuad Axundov, şoumen Murad Dadaşov və bir çox digər tanınmış şəxs var. “Boutique Baku: 100 çox mühüm şəxs”in buraxılışı dünya üzrə məşhur olan “Montblanc” brendinin köməkliyi ilə işıq üzü görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR