“Eurovision”-un təşkilatı məsələlər üzrə direktoru: “Əminəm ki, Bakıda baş tutacaq 57-ci “Eurovision” mahnı müsabiqəsi qonaqlarda saysız-hesabsız xoş xatirələr buraxacaq” – EKSKLÜZİV – MÜSAHİBƏ
Bakı. Ülkər Qasımova-APA. “Eurovision Song Contest”in təşkilatçı məsələlər üzrə direktoru (supervisor) Sietse Bakker APA-ya eksklüziv müsahibə verib. Müsabiqənin təşkilati direktoru Azərbaycanın müsabiqəyə hazırlığı ilə yanaşı, müxtəlif təşkilatı və qlobal məsələlərdən danışıb.
- Azərbaycanın “Eurovision Song Contest-2012” (“ESC-2012”) mahnı müsabiqəsinə hazırlığını necə qiymətləndirirsiniz?
- İctimai Teleradio bütün hazırlıqları qrafika uyğun şəkildə, vaxtı-vaxtında həyata keçirir. Ev sahibi olan yayımçı televiziyanın bacarıqlı və işinə bağlı yerli komandası, “Brainpoll GmbH” istehsal şirkətinin mütəxəssislərindən ibarət olan heyətin səyi nəticəsində “Eurovision” mahnı müsabiqəsinin növbəti möhtəşəm buraxılışının meydana çıxmasına şahidlik edirik.
“Deyə bilərəm ki, yanvarın sonuna kimi biz “ESC-2012” üçün təklif olunan üç məkanla bağlı hansısa qərar qəbul etməyəcəyik”
- Artıq bir neçə dəfə paytaxtımız Bakıda müxtəlif görüşlərdə olmusunuz. Yəqin ki, şəhər barədə təəssüratınız formalaşıb.
- Bakı olduqca maraqlı və gözəl şəhərdir. Bakı şəhər olaraq özündə həm Sovet İttifaqının izləri olan qədim tarixi və yüksək səviyyəli yeni arxitektura tikililəri ilə göz oxşayır. Yüksək sürətlə inkişaf edən, qonaqpərvər insanlarla zəngin şəhəriniz var.
- “ESC -2012”yə 5 ay qalmasına baxmayaraq Bakıda müsabiqənin keçiriləcəyi məkan hələ müəyyənləşməyib. Bilirik ki, EBU-ya bununla bağlı üç məkan təqdim olunub. Bu hal EBU-nu narahat etmir ki?
- Biz “Bayraq Meydanı”nda hələ də tikintisi davam edən “Eurovision-2012” şousunun keçirilməsi nəzərdə tutulan məkanı nəzarət altında saxlayırıq. O məkanın tikintisi ilə daima maraqlanırıq. Deyə bilərəm ki, yanvarın sonuna kimi biz “ESC-2012” üçün təklif olunan üç məkanla bağlı hansısa qərar qəbul etməyəcəyik. Baxmayaraq ki, bu mövzuda bir neçə təklif irəli sürülüb, icraat yüksək səviyyəli mütəxəssislər tərəfindən həyata keçirildiyi üçün bu məsələ bizi narahat etmir.
“Eurovision -2012” üçün Azərbaycanın bizə təqdim etdiyi üç variantın hər birinin öz üstün və çatışmayan tərəfləri var”
- EBU “ESC-2012”-nin Bakıda təqdim olunan bu üç məkandan hansında keçirilməsinin tərəfdarıdır?
- “Eurovision -2012” üçün Azərbaycanın bizə təqdim etdiyi üç variantın hər birinin öz üstün və çatışmayan tərəfləri var. Belə ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində artıq bir neçə beynəlxalq layihələr keçirilib. İkinci variant Tofiq Bəhramov adına Respublika Stadionu birinci variantla müqayisədə sahə baxımından daha böyükdür və daha çox tamaşaçını bir araya yığmaq imkanına malikdir. “Bayraq Meydanı”nda tikilən binanın bütün lazımi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulur, amma bu məkanda keçirilən ilk şou məhz “Eurovision” olacaq. Yəni, yeni tikilən məkan məhz bu möhtəşəm layihə ilə sınaqdan çıxacaq.
- Bakıda keçirilən sonuncu görüşdə əsasən hansı məsələlər müzakirə olundu və nəticə nədən ibarətdir?
- Bakıda keçirilən son görüşdə “ESC-2012” çərçivəsində mühafizə tələbləri barədə danışıldı. İctimai Teleradio “Eurovision-2012” ilə bağlı nəzərdə tutulan tədbirlər planını bizə təqdim etdi. Görüşdən razı qaldıq və təşkilatı işlərin daha yüksək səviyyədə həyata keçirilməsi, bəzi məsələlərin həlli üçün növbəti görüşü yanvar ayının sonu üçün nəzərdə tuturuq.
“İnanıram ki, şou üçün nəzərdə tutulan məkan təsdiq olunduqdan qısa müddət sonra biletlərin satışı ilə bağlı bütün məsələlər də həll olunacaq”
- Adətən “Eurovision” şousunun biletlərinin satışı ilin sonu üçün müəyyənləşir. ESC biletlərinin satışa çıxarılma vaxtı müəyyənləşibmi və ötən illərdəkindən qiymət fərqi olacaqmı?
- Əslində hər il ənənəvi olaraq “Eurovision” müsabiqəsinin biletlərinin satış prosesinə dekabr –fevral ayları ərzində start verilir. İnanıram ki, şou üçün nəzərdə tutulan məkan təsdiqləndikdən qısa müddət sonra biletlərin satışı ilə bağlı bütün məsələlər də həll olunacaq.
- Eyni zamanda müxtəlif Avropa ölkələrinin tv kanallarında hazırlanan materiallarda Azərbaycanın “Eurovision-2012”yə fantastik maliyyə vəsaiti ayrıldığı deyilir. Hətta bu məbləğ milyardlarla göstərilir. Bu məsələ nə dərəcədə həqiqətə uyğundur?
- Müxtəlif kanallarda səslənən bu cür fikirlər əlbəttə ki, fərziyyələrə əsaslanır. Çünki “Eurovision” müsabiqəsinin ənənəvi bir büdcəsi var, bu məbləğ ev sahibliyi edən şəhərin bəzi yerli şərtlərindən asılı olaraq 22 -35 milyon avro arasında dəyişir. Hazırda isə “ESC – 2012”nin büdcəsi barədə hər hansı bir fikir söyləmək tez olardı. “Eurovision” müsabiqəsi yalnız maliyyə demək deyil, bu həm də iştirak hüquqları ( EBU vasitəsi ilə), sponsor razılaşmaları, səsvermə və bilet satışından gələn gəlir, ölkəyə gələn turistlərin köməyi ilə yerli biznesin, restoranların, otellərin, taksi şirkətlərinin, alış-veriş mərkəzlərinin inkişafına təkan deməkdir. Müstəqil ekspertlərin rəyinə görə, Oslo və Düsseldorfda baş tutan yarışmalarda ev sahibliyinin dəyəri hətta 100 milyon avronu keçmişdi.
- Müsabiqənin təşkilati rəhbəri olaraq 57-ci “Eurovision” müsabiqəsini necə təsəvvür edirsiniz? Təşkilatı məsələlərin yüksək səviyyədə həll olunması yönündə Azərbaycana hansı tövsiyələr verə bilərsiniz?
- Əminəm ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti yerli və xarici tərəfdaşlarla birgə Avropa ictimaiyyətinə ən yaxşı şou nümayiş etdirəcəklər. Bu, Azərbaycan və Bakının Avropa xalqına ilk təqdimatı olacaq. Nəzərə alsaq ki, Avropa xalqları bu ölkə və şəhər haqqında az məlumatlıdır, Azərbaycan xalqı üçün bu, digər Avropa ölkələrinə özlərini təqdim etmək, nə ilə fəxr etdiklərini çatdırmaq, hansı adət-ənənəyə sahib olduqlarını və avropalılara nə təklif edə biləcəklərini göstərmək üçün mükəmməl bir şansdır.
- Bu illər ərzində hansı ölkənin ev sahibliyi etdiyi “Eurovision” yarışması yaddaşınıza həkk olunub və Azərbaycandan nələr gözləyirsiniz?
- “Eurovision” mahnı müsabiqəsinin hər biri tarixə düşür və özünəməxsusluqları ilə yadda qalır. Əminəm ki, Bakıda baş tutacaq 57-ci “Eurovision” mahnı müsabiqəsi də qonaqlarda saysız-hesabsız xoş xatirələr qoyacaq. Mənim özüm üçün də şəxsən sizin ölkə gənclərinin, minlərlə xarici qonaqların və milyonlarla izləyicilərin həyəcanını görmək və hiss etmək çox maraqlıdır. O həyəcanı sizin gənclərdə görmək istəyirəm.
- “Junior Eurovision” yarışması bu il Ermənistanda keçirildi. Müsabiqənin təşkilatından razı qaldınızmı?
- Dekabrın 3-də möhtəşəm bir şou baş tutdu. “Junior Eurovision” yarışmasının “Eurovision Song Contest”dən daha kiçik miqyaslı olmasına baxmayaraq, hər iki yarışma eyni şərtlər əsasında həyata keçirilir. Azərbaycan və Ermənistan arasında problemlərə baxmayaraq bütün Qafqazda “Eurovision”a olan yüksək marağı görmək çox xoşdur.
- ESC siyasi yarışma deyil, amma EBU da xəbərdardır ki, Azərbaycan və Ermənistan arasında ciddi siyasi münaqişə var. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlısınımı?
- Əlbəttə ki, biz tək bu yox, eyni zamanda Avropa ölkələri arasında da bu tipli yaşanan problemlər və münaqişələrdən xəbərdarıq. Amma bizim vəzifəmiz “Eurovision” mahnı müsabiqəsini siyasətdən kənar tutmaq, insanların diqqətini onları bir-birindən ayıran amillərdən müəyyən müddətdə yayındıraraq bir araya gətirməkdir.
“Bəzi nümayəndə heyətləri xüsusi mühafizə tələbini irəli sürüblər, amma bu məsələ birbaşa ev sahibinə aiddir və mühafizənin özünə xələl gətirməmək üçün biz bu işə qarışmayacağıq”
- Ermənistan Bakıda keçiriləcək bu yarışmada iştirakı üçün EBU-dan və Azərbaycandan təhlükəsizliyi ilə bağlı xüsusi zəmanət tələb edir. EBU bu addımı atmaq fikrindədirmi? Bilirik ki, ev sahibi olan ölkələr bütün təmsilçi ölkələrin təhlükəsizliyinə zəmanət verir, amma Ermənistan bütün ölkələrə şamil olunan bu zəmanətlə kifayətlənmir.
- Hər il “Eurovsion” mahnı müsabiqəsində iştirak edən ölkələrin təhlükəsizliyi ev sahibinin öhdəsinə düşür. Azərbaycanın baş naziri tərəfindən bizə ünvanlanan təhlükəsizlik haqqında razılaşma iştirak edən bütün nümayəndə heyətlərinə şamil olunur. Baxmayaraq ki, bəzi nümayəndə heyətləri xüsusi mühafizə tələbini irəli sürüblər, amma dediyim kimi bu məsələ birbaşa ev sahibinə aiddir və mühafizənin özünə xələl gətirməmək üçün biz bu işə qarışmayacağıq. Ermənistanın tələbinə gəlincə, hələ bu ölkənin “ESC 2012”də iştirak edib-etməyəcəyi məlum deyil. Belə ki, yarışmada iştirak edəcək ölkələrin rəsmi siyahısı yanvarın əvvəlində açıqlanacaq.
- Arena ilə yanaşı, Bakıda ESC-in əsas hissəsini təşkil edən “EuroClub”lar da müəyyənləşməyib. Bu yöndə hansısa danışıqlar olubmu?
- Bu məsələ hələ müzakirələr olmayıb, amma İctimai Teleradio bu məsələ üzərində də çalışır.
- Artıq növbəti il üçün müsabiqəyə bəzi partnyorlar seçilib. Daha neçə partnyor şirkətlə əməkdaşlıq nəzərdə tutulur? Müsabiqənin çəkilişi hansı ölkə tərəfindən aparılacaq? “ESC 2012” də Siz hansısa yeniliklər etmək fikrindəsinizmi?
- Bu siyahıya bir neçə tərəfdaşların da əlavə olunması gözlənilir. “ESC 2012”nin qanunlarında hər hansı dəyişikliyin olunması gözlənilmir.
- Bu ildən etibarən EBU təmsilçi ölkələr qarşısında milli seçim turunun keçirilməsi şərtini qoyub. Bu addımı atmağa sizləri hansı faktlar məcbur etdi?
- Biz inanırıq ki, hər hansı iştirakçı ölkəsini təmsil etmək üçün seçiləndə bu seçim müəyyən dərəcədə demokratik yolla aparılmalıdır. Bu seçimdə tamaşaçıların da rəyi nəzərə alınmalıdır. Əslində bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı qərar 2010-cu ildə verilib. Çünki biz inanırıq ki, güclü milli seçim yerli “Eurovision” mahnı müsabiqəsindəki uğurun təməlidir. Amma hələ milli seçimlərlə bağlı şərtlər tam olaraq hazır deyil. Bu prosesin 2013-cü ildən həyata keçirilməsi nəzərdə tutulur.
- “ESC - 2012”də neçə ölkənin təmsil olunacağı gözlənilir və Bakıya gələcək insanların maksimum sayı haqda nə deyə bilərsiniz?
- 2012-ci ildə Bakıda keçiriləcək müsabiqədə 40-a yaxın ölkənin təmsil olunacağını gözləyirik. İştirakçı ölkələrin siyahısı yanvarın əvvəllərində açıqlanacaq. Yarışma çərçivəsində həm Avropadan, həm də dünyanın digər ölkələrindən minlərlə insanın Azərbaycana gələcəyi gözlənilir. Onların sırasına nümayəndə heyətləri, media mənsubları və əlbəttə ki, fanatlar daxildir.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib