Bank Of Baku

“Sahə” bədii filmi ABŞ-dakı “2011 California Film Awards”ın qızıl mükafat nominantları sırasına daxil olub

“Sahə” bədii filmi ABŞ-dakı “2011 California Film Awards”ın qızıl mükafat nominantları sırasına daxil olub
# 27 dekabr 2011 12:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” (The Precinct) bədii filmi (ssenari müəllifi və rejissor İlqar Safat) ABŞ-dakı “2011 California Film Awards”ın qızıl mükafat nominantları sırasına daxil olub. “Nərimanfilm”dən APA-ya verilən məlumata görə, məşhur yarışmada Azərbaycanla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina və digər dövlətlərin kinematoqrafiya işləri də iştirak edəcək.

“2011 California Film Awards”in təntənəli mükafatlandırma mərasimi 2012-ci ilin yanvarın 28-də Kaliforniyanın San-Dieqo şəhərində olacaq. Bu mərasim zamanı “2011 California Film Awards”in bütün qaliblərinin adları acıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR