«Avrasiya ulduzu» beynəlxalq mahnı müsabiqəsində mərhum Rauf Denktaşın xatirəsi yad edilib
Müsabiqənin final gecəsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov xüsusi qonaq qismində iştirak edib. Müsabiqənin final gecəsində çıxış edən TRT-nin baş direktoru İbrahim Şahin bu layihənin davam edəcəyini deyib və ölkə sayının növbəti illərdə artacağını vurğulayıb. Elə müsabiqənin qalibinin adını da İbrahim Şahin açıqlayıb. Qalibə 30 min ABŞ dolları dəyərində pul mükafatı verilib. Bütün iştirakçılara xüsusi diplom və medallar təqdim olunub.
Azərbaycanı müsabiqədə gənc müğənni Cavidan Novruzov təmsil edib. Müsabiqədə yerli sənətçi Cahangir Cahangirovun “Bana-bana gəl” mahnısını və Gökhan Tepenin “Gəl aşkım gəl” repertuarından mahnı ifa edib. C.Novruzovu dəstəkləmək üçün müğənninin atası xalq artisti Ramiz Novruz və digər ailə üzvləri də finalda iştirak ediblər. Azərbaycanlı təmsilçinin ifası zamanı tamaşaçı zalında Azərbaycanın üç rəngli bayrağı dalğalanıb. Cavidanın ifası münsiflər tərəfindən 59 balla qiymətləndirilib.
Müsabiqənin finalı müddətində yaddaqalan məqamlardan biri də Şimali Kipr Türk Cümhuriyyəti təmsilçisinin bu ölkənin ilk prezidenti Rauf Denktaşın ölümü səbəbindən ilk mahnısını ifa etməməsi olub. Sonrakı mahnını ifa edən ölkə təmsilçisi mahnı boyu əlini ürəyinin üzərinə qoyub və gözləri dolub. Təmsilçinin bu hərəkətini bütün final tamaşaçıları ayaqüstə alqışlayıblar. Təmsilçi Rauf Denktaşın ölümündən kədərləndiyini və onun hər zaman ürəklərdə yaşayacağını deyib. Münsiflər heyətinin hər bir üzvü təmsilçinin bu hərəkətini ən yüksək – 10 balla qiymətləndiriblər və hər biri mərhum Rauf Denktaşın ölümündən hüznlərini dilə gətiriblər. Müsabiqənin final mərhələsində Türkiyə təmsilçisi Loğmanın saz ifası, Türkmənistan təmsilçisinin milli geyimdə səhnəyə çıxmağı və digər ölkə sənətçilərinin də yaddaqalan çıxışları tamaşaçıların ürəyindən xəbər verib.
Final konsertində müğənni qonaq qismində Türkiyəni Eurovision -2012 mahnı müsabiqəsində təmsil edəcək Can Bonomo da çıxış edib.
Müsabiqənin münsiflər heyətində iştirakçı 6 ölkənin hər birindən bir musiqiçi təmsil olunub. Azərbaycandan bu missiyanı əməkdar artist Azərin, Türkiyədən pop ifaçısı Burak Kut yerinə yetirib. Müsabiqə Azərbaycan, Türkiyə, Şimali Kipr, Türkmənistan, Qırğızıstan və Qazaxıstanı əhatə edib. Qaydaya görə, 6 ölkənin hər birində keçirilən milli seçimlərdən 1 nəfər qalib təmsilçi seçilib. Bu gün həmin 6 nəfər “finalçı” adı uğrunda yarışıb. Münsiflər və sms səsverməsi nəticəsində onlardan 1-i “Avrasiya ulduzu” adına layiq görülüb.
Final gecəsində iştirak edən qonaqlar arasında bu televiziyanın aparıcısı Hüsniyyə Məhərrəmova da olub.
Qeyd edək ki, layihənin şərtlərinə uyğun olaraq növbəti il Avrasiya ulduzunun finalı Qırğızıstanda keçiriləcək.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib