Bank Of Baku

Corc Kluni, Madonna, Martin Skorseze, Steven Spilberq “Qızıl qlobus”a layiq görülüblər

Corc Kluni, Madonna, Martin Skorseze, Steven Spilberq “Qızıl qlobus”a layiq görülüblər
# 16 yanvar 2012 20:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində 69-cu “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın beynəlxalq KİV-lərə istinadən yaydığı xəbərə görə, britaniyalı yumorist Riki Cerveysin aparıcılıq etdiyi mərasimdə bu il ən yaxşı musiqili film nominasiyasında "Artist" adlı ağ-qara səssiz film qalib gəlib. Film 6 nominasiya üzrə təqdim edilmişdi. Ən yaxşı dramatik film nominasiyasında mükafat "Varislər" filminə verilib. Filmdə baş rolu oynayan Corc Kluni isə ən yaxşı kişi rolu nominasiyasında mükafata sahib olub. Ən yaxşı qadın roluna görə “Qızıl Qlobus” isə Meril Strip layiq görülüb. Aktrisa Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin obrazını canlandırdığı "Dəmir ledi" dramına görə fərqlənib. Martin Skorseze isə 3D formatında çəkilmiş "Hyuqo" macəra filminə görə ən yaxşı rejissor nominasiyasında qalib gəlib. Məşhur müğənni Madonna isə ən yaxşı saundtrek nominasiyasında "Qızıl Qlobus"u əldə edib. Ən yaxşı animasiya filmi nominasiyasında rejissor Steven Spilberq, xarici dildə ən yaxşı film İran istehsalı olan “A Separation” filmi qalib olub.

Qeyd edək ki, "Qızıl Qlobus" mükafatı Amerika Kino Akademiyasının "Oskar" mükafatından sonra kinematoqrafiya sahəsində ikinci nüfuzlu mükafat hesab edilir. üçün proqnoz hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR