Bank Of Baku

“Üns” Teatrında “Future Shorts” qısametrajlı filmlər festivalı keçiriləcək

“Üns” Teatrında “Future Shorts” qısametrajlı filmlər festivalı keçiriləcək
# 18 yanvar 2012 09:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın 27-də “Üns” Teatrının səhnəsində ilk dəfə “Future Shorts” qısametrajlı filmlər festivalı keçiriləcək. APA-nın məlumatına görə, festivalın təşkilatçısı “Yarat Contemporary Art Space” şirkətidir.

“Future Shorts” layihəsi irimiqyaslı qısametrajlı kino və animasiya filmləri festivalıdır. Onun coğrafiyası çox geniş olub, Braziliyadan tutmuş Koreya Respublikasınadək olan bir ərazini əhatə edir. London, Paris, Moskva, Kiyev, Roma, Edinburq, Oslo, Honkonq kinoteatr və klublarında ayda bir neçə dəfə nümayişlər təşkil olunur.

Proqrama ən yaxşı qısametrajlı film nominasiyasında “Oskar” mükafatına layiq görülmüş “Sevgi Allahı” filmi, “Qısametajlı film” kateqoriyasında beynəlxalq mükafata layiq görülmüş “Dünənkindən daha dərin” və “Ən yaxşı qısametrajlı animasiya BAFTA” nominasiyasında mükafata layiq görülmüş “Olen İqlman” filmləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR