Bank Of Baku

“Eurovision 2012” müsabiqəsinin aksessuarları hazırlanır - FOTO

“Eurovision 2012” müsabiqəsinin aksessuarları hazırlanır - <font color=red>FOTO</font>
# 31 yanvar 2012 10:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən hər ölkədə olduğu kimi, bu il Azərbaycanda da müsabiqə ilə bağlı xüsusi aksessuarlar satışa çıxarılacaq. APA-nın müsabiqənin yerli rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Eurovision”un təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker bildirib ki, “Light your fire” şüarı altında keçiriləcək müsabiqə ilə bağlı müxtəlif aksessuarların hazırlanması prosesinə başlanılıb: “Müxtəlif keyfiyyətdə və fərqli qiymətlərə olan məhsullar üzərində iş gedir. Satışa çıxarılacaq aksessuarlar hər bir şəxsin büdcəsinə uyğun olacaq. Bu aksessuarlar tezliklə satışa çıxarılacaq”.

Bakının müxtəlif yerlərində aksessuarların satış nöqtələri fəaliyyətə başlayacaq. Eyni zamanda müsabiqənin keçiriləcəyi “Bakı Crystal Hall”da da aksessuarların satışının təşkil olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR