Bank Of Baku

Eurovision 2012 Milli Seçimlərində finalda mübarizə aparacaq 5 ifaçı bəlli olub

Eurovision 2012 Milli Seçimlərində finalda mübarizə aparacaq 5 ifaçı bəlli olub
# 03 fevral 2012 22:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 2011-ci il noyabrın 28-dən başlayan Eurovision 2012 Milli Seçimlər həyəcanı artıq başa çatmaq üzrədir.
APA-nın verdiyi xəbərə görə, Milli Seçimlərin yarımfinal mərhələsində 8 ifaçı finala keçmək uğrunda yarışıb. Saat 21.00-da İctimai Televiziyanın canlı efirində start götürən yarımfinalın son günündə finalçıların adı bəlli olub. İzləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında finala Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova keçib.

Yarımfinal mərhələsində yarış iştirakçılarına dəstək olmaq üçün çıxış edən müğənni Abbas Bağırov Eurovision səhnəsinin həqiqətən də həyəcanlı bir səhnə olduğunu deyib. Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-də də qalib gəlməsini arzulayan Abbas Bağırov bu yolda təmsilçimizə uğurlar diləyib.

Azərbaycanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək ifaçı isə fevralın 12-də bəlli olacaq. Həmin gün Heydər Əliyev Sarayında təşkil olunacaq final gecəsində Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova Eurovision 2012-də Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR