Bank Of Baku

Azərbaycanın Novruz ənənələri Eurovision.tv-də təqdim olunub

Azərbaycanın Novruz ənənələri Eurovision.tv-də təqdim olunub
# 03 mart 2012 10:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı - eurovision.tv-də “Azərbaycana səyahət” silsiləsindən növbəti reportaj Novruz bayramına həsr olunub.

APA-nın eurovision.az-a istinadən xəbərinə görə, Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanlarının təqdim olunduğu bu silsilənin ikinci videosunda Novruz adətlərindən, bu bayramın dostluq, əmin-amanlıq bayramı olmasından danışılır.

Təbiətin qışdan sonra oyandığı bir vaxtda qeyd edilən, yeni günün başlanğıcı olan, Azərbaycanda elliklə yaşanan Novruz şənliklərindən reportaj qədim İçərişəhərdə lentə alınıb.

Novruzun ikinci həftəsi - “Od çərşənbəsi” “Light your fire” şüarı ətrafında birləşən “Eurovision” fanatları ilə birlikdə bayram edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR