Bank Of Baku

Sərdar Ortac Bakıda klip çəkdirəcək

Sərdar Ortac Bakıda klip çəkdirəcək
# 11 aprel 2012 14:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin tanınmış müğənniləri Rafet El Roman və Sərdar Ortac Bakıda konsert verəcək. Konsertlərin təşkilatçıları «Səs Organization»un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, Rafet El Romanın konserti iyunun 10-da paytaxt restoranlarının birində baş tutacaq. Rafet El Romanla eyni səhnəni azərbaycanlı gənc müğənni Sevda Yəhyayeva paylaşacaq. N. Emiloğlunun sözlərinə görə, türkiyəli müğənni heç zaman bu cür böyük heyətlə Bakıya gəlməyib.

Mayın sonlarında Türkiyənin daha bir müğənnisi – Sərdar Ortac Bakının qonağı olacaq. Türkiyəli müğənni Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək. Layihənin təşkilatçısı deyib ki, konsertdə Sərdar Ortac ilk dəfə canlı olaraq azərbaycanlı bəstəkar Kamalın «Daha gəlsən də, gəlməsən də» mahnısını ifa edəcək. N. Emiloğliu bu proqramın dəyişik olacağını da əlavə edib. Bu səfər ərəfəsində Sərdar Ortac Bakıda həmin mahnıya klip də çəkdirəcək.

Uzun müddətdir Türkiyədə yaşayan azərbaycanlı təşkilatçı Nahid Emiloğlu, artıq Bakıda olduğunu və bundan sonra mütəmadi konsertlərin təşkil olunacağını deyib: «Artıq burdayam və yaddaqalan konsertləri gözləyin. Planda çoxsaylı konsertlər var və əminəm ki, həyata keçirəcəyimiz layihələr hər birinizin ürəyindən xəbər verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR