Bank Of Baku

EMİ MUSİC Böyük Britaniya və İrlandiyadan başqa daha 12 ölkədə Emin Ağalarovun yeni sinql və albomunu buraxacaq - FOTOSESSİYA

EMİ MUSİC Böyük Britaniya və İrlandiyadan başqa daha 12 ölkədə Emin Ağalarovun yeni sinql və albomunu buraxacaq - <font color=red>FOTOSESSİYA</font>
# 11 may 2012 14:52 (UTC +04:00)
APA-nın məlumatına görə, mətbuat konfransında sənətçinin prodüserləri Devid Beynbric və Piter Berd də iştirak ediblər.

Emin Ağalarov bildirib ki, müsabiqənin final şousunda çıxışını çox böyük sevinc və məsuliyyətlə gözləyir. Prodüser Devid Beynbric isə Bakıda keçiriləcək şounun son illərin ən möhtəşəm şousu olmağa namizəd olduğunu qeyd edib.

Bundan başqa məlum olub ki, EMİ MUSİC Böyük Britaniya və İrlandiyadan başqa daha 12 ölkədə Emin Ağalarovun yeni sinql və albomunu buraxacaq.

Qeyd edək ki, Emin Ağalarovun “Baby Get Higher” sinqlı “BBC Radio 2” radiosunda tanınmış aparıcı Ken Bryusun proqramında təqdim olunub. Sinql Avropanın ən reytinqli musiqi radiostansiyalarının pley-listlərinə düşüb.

Emin Ağalarov mayın 14-15-də promo-tur çərçivəsində Böyük Britaniyanın bütün aparıcı radio proqramlarının qonağı olacaq. O, mayın 18-də Britaniyanın ən reytinqli “This Morninq” səhər proqramında çıxış edəcək.

Sənətçi həmçinin “Eurovision”un final şousu çərçivəsində müsabiqənin qapanış nömrəsində çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR