Bank Of Baku

Gələn ay Bakıda Sərdar Ortac, Alim Qasımov və Fərqanə Qasımovanın konsertləri olacaq

Gələn ay Bakıda Sərdar Ortac, Alim Qasımov və Fərqanə Qasımovanın konsertləri olacaq
# 21 may 2012 14:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac Bakıda konsert verəcək. Konsertin təşkilatçısı Nahid Emiloğlunun APA-ya verdiyi məlumata görə, türkiyəli müğənninin çıxışı iyunun 23-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsertdə müğənni ən sevilən musiqilərini ifa edəcək. N. Emiloğlu deyib ki, konsertdə bir çox sürprizlər nəzərdə tutulur.

Təşkilatçı bildirib ki, iyun ayında daha bir konsertin keçirilməsi nəzərdə tutulur. İyunun 30-da Azərbaycanın dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova ilə birgə konsert verəcəklər. Muğam ifaçılarının çıxışı “Meridian” restoranında açıq havada baş tutacaq.

Qeyd edək ki, hər iki konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR