Bank Of Baku

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın Bakıda verəcəyi konsertin biletləri satışa çıxarılıb – FOTO

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın Bakıda verəcəyi  konsertin biletləri satışa çıxarılıb – <font color=red>FOTO </font>
# 31 may 2012 13:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın Bakı konsertinin biletləri satışa çıxarılıb. Konsertin təşkilatçısı Nahid Emiloğlunun APA-ya verdiyi məlumata görə, iyunun 23-də Heydər Əliyev Sarayında keçiriləcək konsertin biletləri 65-250 manat arasındadır. Təşkilatçı bildirib ki, konsertdə Sərdar Ortac azərbaycanlı bəstəkar Kamalın «Gəlsən də, gəlməsən də» mahnısını ilk dəfə olaraq ifa edəcək. Konsert xüsusi çəkilişlə lentə alınacaq və daha sonra müğənninin klipində istifadə olunacaq.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR