Cennifer Lopez, Rihanna və Şakiranın Bakıdakı konsertləri ilə əlaqədar tədbir keçirilib

Cennifer Lopez, Rihanna və Şakiranın Bakıdakı konsertləri ilə əlaqədar tədbir keçirilib
# 13 iyun 2012 12:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, hər üç konsert “Universal Music Group” şirkətinin Azərbaycandakı nümayəndəsi “Omnikomo Music Group” şirkəti tərəfindən təşkil olunacaq.

Bu gün bununla bağlı keçirilən tədbirdə çıxış edən şirkətin PR və marketinq direktoru Zaur Darabzadə bildirib ki, Cennifer Lopezin konserti sentyabrın 23-də, Rihannanın konserti oktyabrın 6-da, Şakiranın konserti isə oktyabrın 14-də baş tutacaq.

Cennifer Lopez Los - Ancelesdən Bakıya 60-a yaxın komanda üzvləri ilə gələcək. Müğənninin Bakıdakı konsertinə bir çox ölkələrdən fanatlarının gəlməsi gözlənilir. C. Lopezin Bakıya səfəri musiqi industriyasında saxtakarlıqla mübarizə tədbirləri keçirildiyi vaxta təsadüf edəcək.
O da qeyd olunub ki, Rihannanı Bakı səfərində 80, Şakiranı isə 75-ə yaxın komanda üzvü müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR