Emin Ağalarov “Fashion People Awards – 2012” mükafatına layiq görülüb
21 iyun 2012 11:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “Fashion People Awards – 2012” mükafatına layiq görülüb. APA-nın müğənninin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Moskvada keçirilən təqdimat mərasimində E. Ağalarov ən dəbli kişi səsi - "Fashion Voice Male" nominasiyası üzrə sözügedən mükafatı qazanıb. Mötəbər və məşhur mükafat hesab olunan “Fashion People Awards – 2012”nin təqdimatında təltif olunanlar arasında Rusiyanın tanınmış simaları da olub.
Onu da bildirək ki, hər yay mövsümündə Bakıda solo konsert proqramı ilə çıxış edən Emin Ağalarov artıq bu mövsüm üçün də konsertin tarixini müəyyənləşdirib. Yaşıl Teatrdan APA-ya verilən məlumata görə, konsertin iyulun 12-si Yaşıl Teatrda keçirilməsi nəzərdə tutulur. konsertin biletləri hələ satışa çıxarılmayıb. E. Ağalarov konsertində hitə çevrilmiş mahnılarını səsləndirəcək. Tədbir bir çox sürprizlərlə yadda qalacaq.