Bank Of Baku

“Mahmud və Məryəm” filminin yaradıcı heyəti dəyişib

“Mahmud və Məryəm” filminin yaradıcı heyəti dəyişib
# 02 iyul 2012 13:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyni adlı filmin yaradıcı heyəti dəyişib. APA-nın məlumatına görə, film Türkiyədə yayımlanan populyar “Kuzey Güney” serialının rejissoru Mehmet Ada Öztekinin rejissorluğu ilə çəkiləcək. Filmdə Mahmud rolunu “Öyle bir geçər zaman ki...” teleserialında Mete rolunu canlandıran Aras Bulut, Məryəm rolunu isə qazaxıstanlı Eva Dedova oynayacaq.

Hazırda filmin əsas yaradıcı heyəti, eləcə də Türkiyədə yaşayan azərbaycanlı aktrisa, filmdə Mahmudun xalası Qəmər Banunu oynayacaq Məlahət Abbasova Bakıdadır. Yaradıcı heyət filmin çəkilişləri üçün göstərilən yerlərə baxış keçirir və çəkiliş meydançalarını müəyyənləşdirir. Yaradıcı heyətin Bakıya səfəri iyulun 3-də başa çatacaq.

“Mahmud və Məryəm”in çəkilişlərinə iyulun 15-dən etibarən başlanılması nəzərdə tutulur. Filmdə türkiyəli aktyorlarla yanaşı, Azərbaycanın kino xadimləri də çəkiləcək. Azərbaycanın xalq artisti Fəxrəddin Manafov Ziyadxan roluna dəvət alıb.

Qeyd edək ki, filmin əvvəlki rejissoru türk əsilli ingilis rejissoru Mətin Hüseyn idi. Mahmud rolunda “Mələklər qorusun” serialında Barış obrazı ilə tanınan Alper Saldıran, Məryəm rolunda isə 23 yaşlı Ezgi Asaroğlu çıxış edəcəkdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR