Bank Of Baku

Emin Ağalarov, Eldar Qasımov və Səbinə Babayeva birgə konsert veriblər - FOTOSESSİYA

Emin Ağalarov, Eldar Qasımov və Səbinə Babayeva birgə konsert veriblər - <font color=red>FOTOSESSİYA</font>
# 16 iyul 2012 15:37 (UTC +04:00)
Konsertdə Eldar Qasımov ilk dəfə olaraq “Running Scared”i Nigar Camalla deyil, başqa müğənni ilə ifa edib

Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov “Eurovision” ulduzları ilə birgə “Sea Breeze”də konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, güclü yağış və küləyə baxmayaraq konsert təxirə salınmayıb. Konsert “WAGON” brendinin moda nümayişi ilə başlayıb. Burada qadınlar üçün çimərlik geyimləri nümayiş olunub. Sonra Eldar Qasımov “Eurovision-2011”in qalib mahnısı “Running Scared”i Eminin bek-vokalçılarından Anna adlı müğənni ilə ifa edib. Onların ifası alqışlarla müşayiət olunub. Sonra səhnəyə çıxan bu ilki “Eurovision” təmsilçimiz Səbinə Babayeva tamaşaçılara R&B janrında mahnıları təqdim edib. S. Babayeva çıxışını “When the Music Dies” mahnısı ilə sona çatdırıb. Daha sonra səhnəyə Emin Ağalarov çıxaraq, öz mahnılarını ifa edib. Konsert gecə saat 01:30 radələrində başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR