Bank Of Baku

“Varlı qadın” komediyası “Tuqanlıq” teatr festivalında nümayiş olunacaq

“Varlı qadın” komediyası “Tuqanlıq” teatr festivalında nümayiş olunacaq
# 17 iyul 2012 11:08 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiya Federasiyası Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində 6-13 sentyabr tarixlərində keçiriləcək türkdilli xalqların V Beynəlxalq “Tuqanlıq” teatr festivalında Dağıstanın Kumık Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyası ilə çıxış edəcək. APA-nın məlumatına görə, “Varlı qadın”ın kumık versiyasının quruluşçu rejissoru Rusiya Federasiyasının əməkdar incəsənət xadimi İslam Kaziyevdir. Ötən ilin mart ayından Kumık teatrında oynanan komediyanın bütün tamaşaları anşlaqla keçir.

“Varlı qadın” Ukraynanın Krım-Tatar Akademik Musiqili Dram Teatrında da tamaşaya qoyulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR