Türkiyənin tanınmış aktrisası Tomris İncər: “Yoxsulluq içində yaşadığımız üçün övlad istəmədik” - MÜSAHİBƏ - FOTOSESSİYA
- Sizinlə Azərbaycanın Şəki rayonunda görüşürük. Dağların ətrafında filmə çəkilmək xoşunuza gəlirmi?
- Azərbaycanlı aktrisa Məlahət Abbasova ilə teatrda eyni tamaşada oynayırıq. Mən Bakını, Azərbaycanı görməyi çox istəyirdim. Üç ildir Məlahətə deyirdim ki, bir səbəb olsa da, Bakıya getsək, Azərbaycanı görsəm. Qismət bu günəymiş. Ummadığım bir tarixlə, gözəlliklə, gözləmədiyim bir memarlıqla qarşılaşdım. Şəki məni özünə heyran etdi. Oxuya bildiyim qədəriylə çox köklü bir tarixi olan, memarlıq özəlliyi ilə seçilən çox gözəl bir yerdir. Bunu çox səmimiyyətlə söyləyirəm və sizə xoş olsun deyə demirəm. Yollarda gələrkən heç ağac görmədim, səhra kimiydi. Bundan öncə Suriyaya getmişdik. Mən getdiyim yerlərdə gəzməyi çox sevirəm. Suriya çox düzənlik bir yerdir. Düşündüm ki, deməli, Azərbaycan da Suriyaya bənzəyir. Amma sonra meşəliyi gördüm və etiraf edim ki, həyatımda belə gözəl meşəlik görmədim. Yerə baxıram ağacların gövdələri çox incədir, amma yuxarıları və yarpaqları o qədər genişdir ki, sanki çətirə bənzəyir. O qədər təsirləndim ki, özümü bir anlıq itirdim. Buralar çox gözəldir. Şişirtmirəm, tam səmimi deyirəm.
- “Mahmud və Məryəm” filmində oynadığınız qısır qadın obrazını canlandırmağı rejissordan özünüz istəmisiniz. Bu, rola, yoxsa Azərbaycana olan məhəbbətinizdən qaynaqlandı?
- Mən filmin hazırkı rejissoru Mehmeti tanıyıram və onunla bərabər çalışmışıq. Ona bir mesaj yazdım ki, “Mahmud və Məryəm”in rejissorluğunu edəcəksən, mən qısır qadın obrazında oynamaq istəyirəm və məni o rolda sına. Ondan müsbət cavab aldım. Yəni, rejissora ilk dəfə təklif məndən gəldi. Gerçəkdən çox yaxşı oldu, belə bir rolu canlandırmaqdan çox məmnunam. Azərbaycana gəlmək bəhanəsi ilə epizodik rol da olsa, oynamaq istərdim, amma həqiqətən də bu rolu canlandırmaq istədim. Sizə bir sirr açmaq istəyirəm ki, mən ömrüm boyu ata minməmişdim və ilk dəfə burda mindim. Rejissor məndən “ata minmisənmi” soruşdu və mən də “minmişəm” dedim. Yalan deməmişəm, 40 il əvvəl minmişəm, amma sürməmişəm. Əvvəlcə Pamir adlı atla məni tanış etdilər və onunla dostluq etməyə başladım, ona qənd verdim. Onunla gəzdik, dolaşdıq, sonra mənə çəkiliş üçün nəzərdə tutulan atın dəyişdiyini dedilər. Bildirdilər ki, o olmayacaq, Ozan adlı at olacaq. Mən də Ozanla dostlaşmağa çalışdım. Çəkiliş meydançasında isə başqa bir at göstərdilər ki, buna minməlisən və getdim bu dəfə də atla danışdım və mindim. Ssenarini oxudum və çox bəyəndim. Əsəri ssenariləşdirmək rejissorun düşüncələrinə bağlı bir şeydir. Mən adətən film bitdikdən sonra əsərin özünü oxuyuram, çünki bu zaman insan təsirlənir. Rejissor nə deyərsə odur, ola bilər hansısa bir problem yaşansın, amma yenə də son söz rejissorundur. “Aşk və cəza” filmində Vana getdik, amma mən Şahnur obrazını heç cür beynimdə qəbul edə bilmirdim. Mehmetə bu fikrimi bildirdim və onunla bir gün səhər saat 5-dək oturub söhbət etdik. Deyə bilərəm ki, “Aşk və cəza”dakı Şahnur obrazını birbaşa Mehmet kəşf etdi. Ondan sonra hər şey mənim üçün daha rahat oldu, çünki Mehmet mənim tanıdığım, bildiyim və güvəndiyim insandır. Yeni tanıdığın rejissorla işləmək daha çətin olur. Biz isə İstanbulda bunu artıq həll etdik.
- Oynadığınız hər bir obrazda Siz çox gözəl ana rolunu canlandırmısınız. Bəs həyatda necə anasınız?
- “Min bir gecə”dəki obrazım mənə çox yaxın idi, çünki mənim xalam eynilə o xasiyyətdə bir insan idi. Ailədə hər zaman kənarda dayanan qadın olur, bütün görünən işləri kişi görür. Ailədə olan problemləri isə qadın həll edir. Anadoluda belə qəbul olunub. Əslində evin rəisi həqiqətən də qadındır. Kişilər hər zaman hesab edirlər ki, evin rəisi onlardır, amma əslində hər şeyi idarə edən məhz o kənarda dayanan qadındır. Bu serialdan sonra buna bənzər bir rol oynaya bilməzdim. Amma Şahnur obrazı Nadidədən çox fərqli bir obrazdır. Şahnur kimi feodal adət-ənənələri yaşadan qadın obrazı yaratmaq mənim üçün daha uğurlu oldu. Özümə gəlincə, heç övladım olmadı...
- O zaman qısır qadın obrazı ilə həm də həyatınızı oynayırsınız?
- Mən sonsuz olmamışam. Sadəcə, həyat yoldaşımla çox kasıb yaşadığımız və çətinlik çəkdiyimiz üçün uşaq istəmədik. Ana olmağı Allah mənə nəsib elədi, amma durumumuz yaxşı olmadığından bu hamiləliyi yarımçıq saxlatdırmaq məcburiyyətində qaldım. Bizim çox acı günlərimiz oldu, hətta bir dəfə simit və çayı sərasər 15 gün yediyimizdən allergiya oldum. Yəni bu cür həyat tərzində uşaq çox çətin idi.
- Rolun Sizin üçün fərqliliyi varmı?
- Sözsüz ki, var. Mən hər rola razılıq verə bilmərəm. İstər teatrda, istərsə də kinoda oynadığım hər bir rol fərqliliyi ilə seçilir. Başqasının yazdığı bir obrazı yaradarkən hər zaman anlamağa çalışırsan. Rolu oynamazdan öncə düşünürsən ki, bu qadın nə yeyir, nə içir, bunun geyimləri necədir, qaldığı otaq necədir, görəsən uşaqlığı necə keçib... Bunu hər zaman araşdırmağa çalışırsan. Nəticədə bir heykəl kimi xarakter ortaya çıxır. Artıq bu obrazla tanış olursan. İstənilən halda bu dostluğa çevrilir, nəticədə oynadığın xarakterlə yaxınlıq yaradırsan. Müsbət və ya mənfi xarakter olması önəmli deyil. Həm də onu öyrənməyə çalışırsan ki, onunla bənzər cəhətlərin varmı. Əgər belə olursa, o zaman oynadığın obrazla dost olursan.
- Rollarınızdan Sizi çox yaxşı tanıyırıq, amma Tomris İncər kimi özünüzü bizə necə tanıda bilərsiniz?
- 1966-67-ci illərdə teatr səhnəsinə gəldim. 1974-cü ildə artıq İstanbul Böyük Şəhər Bələdiyyə Teatrında çalışmağa başladım. O zamandan bəri eyni qurumda çalışıram. Teatrda rollarım çox olub, kinoda demək olar ki, say hesabı işim olub, cəmi üç seriala çəkilmişəm. Əgər siz teatrın nə olduğunu soruşsanız, teatr insanı insana anladan bir peşədir. Bu, elə bir sənətdir ki, insan xəstələnə, kədərlənə bilər, həyatında min cür hadisə ilə üzləşə bilər, amma səhnəyə çıxmalı və iki saat tamaşaçıya bu hissləri göstərmədən rolunu oynamalıdır. Hətta dəfələrlə səhnəyə yüksək hərarətlə çıxmışam. O zaman özümə belə demişəm ki, əgər mən xəstəliyimə güc gələ bilmişəmsə, deməli, böyük bir qüvvəm var. İnsanlar pul verib tamaşaya gəlirlər və sən onlara yaşamaq istədikləri zövqü yaşada bilərsən. Məncə sənətin belə bir sağaltmaq gücü var. Psixoloji olaraq da bu peşə insanı sağaldır, gücləndirir və səhnədə olarkən artıq qüvvət topladığını da hiss edirsən. Səhnədə olarkən sən artıq bütün kədərini, problemini, aclığını unutmalısan. Mən həyat yoldaşımı itirdim və məni bu fikirdən məhz səhnə, teatr ayırdı. Yəni burda da mənim köməyimə çatdı. Ona görə də teatrda aktrisa kimi çalışmaq mükəmməl bir peşədir.
- Amma Siz məhz dediyiniz üç serialdan sonra məşhurlaşdınız. Düşünürsünüzmü ki, kaş bu populyarlıq Sizə daha tez və gənc yaşda nəsib olaydı?
- Bu, təbii bir şeydir ki, mən daha çox televiziya ekranlarından tanındım. Teatr isə tamamilə başqa bir məkandır və kinonun tam tərsidir. İstanbul kimi bir yerdə insanların teatra gəlməsi kiçik görünsə də, bir insan üçün böyük bir məbləğ tələb edir. Teatr bu canlı ünsiyyəti sevən biri üçün maraqlıdır. Türkiyə teatrı 2014-cü ildə 100 ilini tamamlayacaq və bu, dünya teatrı ilə müqayisədə çox deyil. Çox yeni sənətdir. Amma televiziya belə deyil. Əvvəlcə qəbul edə bilmirdim ki, 46 il ərzində teatrda bir çox rollar yaratmağıma baxmayaraq, son illər bir neçə serialdakı rolum məni tanıtdı. Təsəvvür edin, 45 ilini bu peşəyə ver və səni kimsə tanımasın. Amma bu, reallıqdır və bunu anlayıram. Artıq 65 yaşı bitirdiyim üçün təqaüdə çıxdım. Təqaüdə çıxmamışdan 6 ay öncə hər gün bunun baş verməyəcəyini düşünürdüm. Hətta ağladığım və kövrəldiyim zamanlar da olub. Amma hazırda bu filmdəyəm və yeni mövsümdən seriallar da olacaq.
- Gec də olsa bu populyarlığı qazanmağınız gözəl bir hissdir...
- Mən bu məşhurluğu 20 yaşlarında yaşasaydım bəlkə də tamamilə başqa olardı. Hər zaman deyirəm ki, populyarlığa çox güvənmək lazım deyil. Sözsüz, yaş önəmlidir. Televiziya bir dəyirman kimidir, bu gün varsınız, sabah yoxsunuz. Yəni görünməyəndə artıq tamaşaçı unudur. Amma sizə bir sirr də açım: populyarlıq bəzən çox yorucudur. Məsələn, mən bazara getməyi, alış-veriş etməyi çox sevirəm. Məhz bu məşhurluq səbəbindən bu diləyim ürəyimdə qalır. Bəzən başıma papaq qoyub, səsimi çıxarmadan alış-verişə çıxıram, səsimi eşidən hər kəs məni qucaqlayıb öpür. Təsəvvür edin, bir tədbirdəsiniz və hər kəs, minlərlə tamaşaçı sizinlə öpüşüb-görüşür, şəkil çəkdirir. Bu, populyarlığın yorucu tərəfidir. İnsan artıq öz həyatını deyil, məşhurluğun həyatını yaşamağa məcbur olur.
- Bu illər ərzində teatrdan ayrılmaq istədinizmi? Sırf ev qadını olmaq ağlınızdan keçmədimi?
- Belə bir şey yaşadım – bu gün mənim olsun, evdə bişirim-düşürüm. Əsəbiləşirdim, ağlayırdım, bəzən vaz keçmək istədiyim zamanlar belə olurdu. Amma bu yaşında belə mən evdə otura bilmirəm və təqaüdə çıxsam da, yenə iş başındayam. Halbuki hər kəs məhz təqaüd vaxtını gözləyir. Bu günün özündə belə mənə bir mətn versən, əlim-ayağım titrəyəcək. O həyəcansız mümkün deyil. Əgər bir aktyor “bu nədir ki, cibimdəki dəsmal kimi asan bir işdir” desə, həyatı boyu bacarmaz. Əgər kamança ifaçısı və digər musiqi ifaçıları bir gün məşq etməsələr, onlar inkişaf etməz və zəifləyərlər.
- Bütün dünyada teatrla müqayisədə kinoya maraq daha çoxdur. Sizin işlədiyiniz teatra tamaşaçı axını varmı?
- Mən sizinlə tamamilə razıyam, kino başqa bir şeydir. Teatrın beşiyi olan Böyük Britaniyada teatr biletlərinin qiymətini aşağı saldılar ki, teatra gələnləri sayı artsın. Texnologiya dövrünün olması, kompüterə olan maraq teatra marağı azaldır. Hətta gənclərin teatra marağının artırılması üçün musiqili tamaşalar səhnəyə qoyulur. Belə təqdimatlar teatra olan marağın artmasına səbəb oldu. Teatrda tamaşaçı ilə eyni havanı udursan və onların canlı olaraq simalarını, emosiyalarını izləmək imkanı olur. Amma teatr sənəti pul üçün edilməz, teatr sevgi üçün edilir. Bu, böyük bir sevgi tələb edir.
- Sonda istərdik elə bu tarixi məkanda, çəkiliş meydançasında arzularınızı bizimlə bölüşəsiniz.
- Arzum budur ki, əl qoyduğumuz iş çox gözəl olsun. Gələcək günlərdə ən yüksək mükafatlara layiq görülsün. Düşünürəm ki, inşallah əməyimizə layiq olacaq və buna dəyəcək!
Xəbər Lenti
Ağdamda keçirilən əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib
Xəzər rayonunda açıq ərazidə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Lavrov: Rusiya ABŞ-ın Ukraynaya yanaşmasını yenidən dəyişə biləcəyini hiss edir
Narkotik tranziti və kiberdələduzluqda ittiham edilən dəstə üzvlərinə hökm oxunub - YENİLƏNİB
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
KİV: ABŞ İrana İsrailin Livana hücumlarını artırmayacağını bildirib
Azərbaycan və Türkiyə arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olunub, protokol imzalanıb
Tramp Meloninin şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib, İtaliya lideri bunu uydurma adlandırıb
Bakıda İƏT-in keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi bilinib
Pakistan XİN rəhbəri İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv olunmasının səbəbini açıqlayıb
Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib - FOTO
Rusiya Mərkəzi Bankı ardıcıl doqquzuncu dəfə uçot dərəcəsini endirib
Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
Netanyahu İsrail ordusunun Livanda qalacağına israr edir
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Environmental Protection First” Koalisiyası İrəvanda keçiriləcək COP17 sədrliyinə müraciət ünvanlayıb
Ukrayna PUA-larının Moskvaya kütləvi hücumu davam edir, 35 dron vurulub - YENİLƏNİB
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
ITFC: Orta Dəhliz Azərbaycanın regional ticarət mərkəzi kimi rolunu gücləndirir - MÜSAHİBƏ
Rusiyalı nüvə mütəxəssisləri Buşehr AES-ə geri qayıdacaq
Zakir Fərəcov vətəndaş qəbulu keçirib
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTO
CNN: İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına zəmanət tələb edir
Nazir müavini: Bundan sonra qadın sahibkarlığın inkişafına xüsusi əhəmiyyət veriləcək
AIIB Azərbaycanla dəniz daşımaları və aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirəcək
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
ÜST-ün regional direktoru: Səhiyyə sistemlərinin səmərəliliyinin artırılması üçün üzv ölkələrə dəstək göstərilir
Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
İsDB Toplantıları çərçivəsində genişmiqyaslı sazişlər imzalanıb - FOTO
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar - SİYAHI
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib
İsrail ordusu: Livanda onlarla "Hizbullah" üzvü öldürülüb, 80-dən çox hədəfə zərbə endirilib
Peskov: Rusiya Ukraynaya zərbələr endirməyə davam edəcək
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
XİN-də xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları və maaşlara əlavələrin məbləği təsdiq edilib
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şəmkirdə regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Deputat: Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir
Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB-2
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək