“Öyle bir geçer zaman ki”nin Metesi: “Ruhi xəstə və ya narkoman obrazı oynamaq istəyərəm” – MÜSAHİBƏ - FOTO
- Bu gün Şəkidə Mahmud rolunu oynadığınız bir neçə səhnənin çəkilişini izləmək şansımız oldu. Həyatda da artıq tam bir Mahmud obrazında olduğunuz diqqətimizi cəlb etdi.
- Sözsüz, oynadığım hər bir rolu oynamaq üçün o obrazın içində olmalıyam. Bu, çox önəmlidir. Ümumiyyətlə, çəkiliş boyunca həmin rolun içində oluram, çünki bu rolla yaşamaq mütləqdir. Burda, Şəkidə olmaq çox gözəl bir duyğudur. Biz işə çox həyəcanlı başladıq və mən çox həzz aldım. Bu gün çəkiliş qrupundan, rejissordan, bütün heyətin işindən böyük zövq aldım. Buna görə də həyəcanlıyam. Həyatımda ilk dəfə at sürdüm. Düşünürəm ki, hər şey çox əla gedir. Çəkilişlər başlamazdan əvvəl 10-12 həftə ərzində at sürmək dərsi aldım, hətta qılınc oynatmağı da bu film üçün öyrəndim. Baxmayaraq ki, çəkilişlər başlayıb, bu dəqiqələrdə belə hazırlıq keçirəm.
- Bu gün Türkiyədə və Türkiyədən kənarda çox tanınan və gündəmdə olan aktyorsunuz. Sizcə yaşıdlarınızdan nəyinizlə fərqləndiniz və hansı üstünlüyünüz oldu ki, bir obrazla bu qədər populyarlaşdınız?
- Mən buna üstünlük deməzdim, bəlkə də istedaddır. Bəlkə bir az şans, bir az da dəqiqliyim və məsuliyyətli olmağım məni yaşıdlarımdan fərqləndirdi. İşimlə yaşamağı və bu işdən ikiəlli yapışmağı sevirəm. Türkiyədə rol aldığım serial çox izlənən bir serial olduğuna görə mən tanındım. Serialın hər kəs tərəfindən sevilməsi, Türkiyədən kənarda izlənməsi məni məşhurlaşdırdı. Buna baxmayaraq, çalışıram ki, hər işimdə əlimdən gələni edirəm.
- Gənc yaşında məşhur olmaq necə bir hissdir? Hər kəsin sizə olan marağından yorulmursunuz ki?
- Əslində, gözəl bir hissdir. Bu hissi yaşamağı bəlkə də çoxsaylı insanlar istəyər, amma ətrafımda olan insanları gözəl anlayıram və onların mənə olan marağını dəyərləndirirəm. Onların mənə olan diqqətinə hörmətlə yanaşıram, çünki məni tanıdan, tanıyan və sevən məhz onlardır.
- Sizin ilk işiniz “Öyle bir geçer zaman ki” serialında oynadığınız Mete roludur. Amma doğrusunu desəm, sizin bu işinizə ilk demək çətindir. Sanki illərdir çəkiliş meydançasında təcrübəsi olan bir aktyorsunuz...
- Bəli, bu serial yaradıcılığımda ilkdir. Bu serial yaradıcılığımın ilk serialı, “Mahmud və Məryəm”sə ilk bədii filmimdir. Həmin serialın güclü ssenarisi, rejissoru var. Bütün yaradıcı heyət həmin serialda səylə çalışır. Bəxtim onda gətirib ki, hazırkı filmin rejissoru olan Mehmet bəy də peşəkardır.
- Belə nəticəyə gəlinir ki, populyarlaşmağınızda qeyri-adi istedadın bir önəmi olmadı?
- Fikrimcə, burada çalışqan olmağım daha önəmlidir. Əgər çalışqanlığımı görməsələr, o zaman bu cür işlərə də dəvət olunmazdım. Demək ki, bu işığı məndə görürlər. Və bu işığı məndə gördükləri üçün hər kəsə təşəkkür edirəm.
- Çox gənc yaşında şöhrət olmusunuz. Bundan sonrakı hədəfiniz nədir?
- İlk işimdəki kimi, hər bir işin ən yaxşısını etmək istəyərdim. Bu işi də zövqlə yerinə yetirmək istəyirəm. Əsas hədəfim hər işimi uğurlu etməkdir.
- Yəqin planda Hollivud filmi, “Oskar” da var?
- Əlbəttə var. Hansı aktyor buna yox deyər ki?..
- Aras teatr səhnəsinə çıxmaq haqqında nə düşünür?
- Sözsüz ki, teatrda özümü mütləq sınamaq istəyirəm. Bir neçə teatrdan təkliflər gəlib, amma bu il təhsilimə başlayıram, o səbəbdən bunları təxirə salıram. Bu il zamanımın olmayacağını düşünürəm. Əvvəllər reklamlara çəkilirdim. Sonra rejissorumuz məni gördü və bəyəndi. Ondan sonrasını siz də bilirsiniz.
- Rollarınız kimi həyatda da dəlisovsunuz?
- Əlbəttə, dəliqanlıyam. Düşünürəm ki, obrazlarla oxşarlıq var, amma Mahmud xan oğlu, Mete isə kasıb ailənin oğludur. Yaşam tərzlərində Mete ilə Mahmud arasında fərq çoxdur. Hətta gülüşləri belə fərqlidir. Bu, mənim obrazlar haqqında şəxsi düşüncəmdir. Bu gün oynadığım hər bir yeni rol mənim üçün sınaqdır.
- Yeni mövsümdə Metenin tamaşaçı qarşısına bığlı halda çıxacağını duyduq...
- Hələ bəlli deyil. Siz haradan bilirsiniz?
- İllər və zaman keçir, ona görə belə ola biləcəyini düşündük...
- Sözün açığı, bığı da, saqqalı da sınadım. Ola bilsin ki, belə görünüm. Avqustun ikinci həftəsindən seriala start veririk. Amma nələr baş verəcəyi hələ məlum deyil. Amma illər keçəcək, Osman böyüyəcək, Metenin sevgilisi gedəcək...
- Hansı obrazda özünüzü sınamaq istərdiniz?
- O qədər iddialı danışmaq istəməzdim, amma Meteyi də, Mahmudu da qürurla daşıyıram. Sonu nə olursa olsun, bu mənə zövq verir və bu cür yaşayışdan həzz alıram. Məsələn, ruhi xəstə, narkoman rollarında özümü sınamaq istərdim, amma bunu zaman göstərəcək.
- Şəkidən necə, zövq ala bilirsənmi?
- Şəki, şəhər olaraq da çox gözəldir, çəkilişlər də qaydasında gedir. Heç bir problem yoxdur və ola da bilməz. Kiçik problemlər hər bir çəkilişdə olur. Azərbaycan heyəti və tanınmışlarla işləmək gözəl həyəcandır. Qardaş ölkədəyik və eyni dili danışırıq. Fəxrəddin Manafov həm insan, həm də sənətkar kimi çox yüksəkdir. İnşallah filmdə də bütün bu emosiyaları ötürə biləcəyik.
- Ötən dəfə bir sevgilin olduğunu demişdin. Ondan ayrı qalmaq çətin deyil ki?
- Bəli, bir sevgilim var. O, mənim işimə hörmətlə yanaşır və məni anlayır. Sözsüz ki, hər bir - istər qısa, istər uzunmüddətli - ayrılıq çətindir. Amma mən burada işləyirəm və onu düşünürəm. Gündəlik olaraq onunla zəngləşirik və danışırıq. Onunla xoşbəxtəm...
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib