“Mahmud və Məryəm”in rejissoru: “Belə anlayıram ki, Azərbaycanda film sektoru hələ formalaşmayıb” - MÜSAHIBƏ - FOTOSESSİYA
- “Mahmud və Məryəm” filminin çəkilişlərinə artıq bir neçə gündür başlamısınız. Çəkiliş prosesini necə qiymətləndirirsiniz? Bu müddətdə hansısa problemlə qarşılaşmamısınız ki?
- Hələ bu prosesin başındayıq. Aktyorlar, heyət bir-biri ilə münasibət qurur, uyğunlaşırlar. Ən ağır səhnələr olan filmin açılış hissələri məhz burada çəkilir. Hələ ki bütün işlər normal gedir. Kiçik maneələri nəzərə almasaq, çəkiliş prosesi yolunda və planlı irəliləyir. Çalışırıq ki, bütün çəkiliş prosesini plan üzrə həyata keçirək. Buna görə də böyük narahatlıq və problemlər ortaya çıxmayıb.
- Filmin ssenarisi bir rejissor kimi Sizə nə qədər yaxındır?
- Bu hekayəni çəkmək səbəblərindən biri də romanı özümə çox yaxın hesab etməyimdir. Əvvəllər də dediyim kimi, Elçinin bu əsəri klassik eşq hekayəsi kimi bir kişinin bir qadına aşiq olması, onun dərdindən çöllərə düşməsi deyil, çox böyük bir fəlsəfi məna daşıyır və çox dərin hissləri özündə birləşdirir. Məsələn, ümidsizliyi, ölümü, çarəsizliyin məğzini də filmdə anlatmaq istəyirəm.
- Uğur qazanmış serial və filmləriniz olub. Necə düşünürsünüz, “Mahmud və Məryəm” bu uğuru təkrarlaya biləcəkmi?
- Mənə elə gəlir ki, belə olacaq və buna çox ümid edirəm. Bu filmi başqa bir rejissorun çəkəcəyindən xəbərim vardı, sonradan mənə təklif olundu. Şəxsən mən bu layihədə olmaqdan məmnunam.
- Bu gün çoxsaylı tamaşaçı auditoriyası toplayan “Kuzey Güney” serialını çəkərkən bu qədər məşhur olacağına və seviləcəyinə inanırdınızmı?
- Xeyr, belə məşhur olacağını heç düşünməmişdim. Ümumiyyətlə, bir serialın çəkilişlərinə başlayarkən heç zaman heç nəyə zəmanət vermək mümkün deyil. Əlbəttə, “Kuzey Güney” güclü layihəyə çevrildi. Əlimizdən gələni etdik və nəticədə çox gözəl bir iş alındı, əvvəldən bunları görmək mümkün deyil. Mən yeni başladığım heç bir işdə rahat olmuram, yalnız nəticənin uğurlu olduğunu gördükdən sonra rahatlanıram. Azərbaycana gəldikdən sonra bu serialın bu qədər izlənməsinə çox sevindim. Mən bu qədər izləndiyini düşünmürdüm.
- Yeni mövsümdə “Kuzey Güney”də nələr olacaq?
- Serialı artıq mən çəkməyəcəyəm, çünki “Kuzey Güney”dən ayrıldım. Mövsümün sonunda serialdan ayrılmaq qərarı verdim. İkinci mövsümü eyni həvəslə, eyni güclə çəkə bilməyəcəyimi düşündüm. Özümdə çox yorğunluq hiss etdim və buna görə də serialı tərk etmək qərarını verdim. Düşünürəm ki, yeni mövsümdə bu serialı çəkəcək rejissor uğurun davam etməsi üçün əlindən gələni edəcək. Mən isə əsas gücümü “Mahmud və Məryəm” filminə sərf edəcəyəm. Yeni serial təklifləri gəlir, amma hələ ki o gücü özümdə hiss etmirəm. “Kuzey Güney” Türkiyə serial sektorunda tam yenilik etdi. Hər yeni iş çoxlu əmək tələb edir və bu da nəticədə insanı yorur. Bu mövsümdə yəqin ki, yeni serial işim olmayacaq, növbəti mövsümdən ola bilər.
- “Mahmud və Məryəm”in məzmunu artıq oxuculara məlumdur. Hansısa bir əsərin ekran variantına salınması tamaşaçılarda fərqli fikirlər yarada bilər. Romanda hiss etdiklərini, keçirdikləri emosiyaları filmdən ya ala bilərlər, ya da tam əksinə, xəyal qırıqlığına uğrayırlar...
- “Mahmud və Məryəm” çox ağır bir romandır. Əgər “Mahmud və Məryəm”i kitabda olduğu kimi ekrana gətirsək, o zaman ən azı 7-8 saatlıq bir serial həcmində ola bilər. Çünki əsərin içində çoxsaylı hekayələr var. Biz isə bunu bədii film şəklinə gətirmək üçün içərisindən bir sıra məqamları çıxarmaq məcburiyyətində qalırıq və yaxud da artırırıq. Amma Elçin müəllimlə həmfikir olduğumuz bir məqam var idi ki, önəmli olan hekayənin əsas mövzusunu filmə gətirməkdir. İnsan olmağı, həyatdakı bir sıra dəyərlərin puldan, vardan-dövlətdən önəmli olmasını, insan həyatının isə nə qədər dəyərli olduğunu, çarəsizliyin, aclığın, ümidsizliyin nə qədər pis duyğular olduğunu romanda olduğu kimi, filmdə də görə biləcəksiniz. Mahmud və Məryəm tam olaraq romandakı xarakterlərdir. Onların elə böyük bir fərqi yoxdur. İnsanlar kitabda gördükləri, xəyallarında canlandırdıqları Mahmud və Məryəmi kinoda görə biləcəklər. Aktyor seçimini özüm etmişəm. Filmin çəkilişlərindən öncə baş rollarla bağlı kastinqlər aparılmışdı. Mahmud roluna məhz Arası seçəcəyimizi qərarlaşdırmamışdıq, amma onu çəkmək istəyirdik. İlk dövrlərdə Mahmudu oynayacaq aktyorun tanınmamış bir sima olmasını belə düşündük. Axtarışlarımız nəticə vermədiyindən tanınmış aktyorları gözdən keçirməyə başladıq və onların arasından Arası seçdik. Bu obraza uyğun yalnız bir-iki aktyor tapa bilmişdik. Elə çox deyildi və nəticədə Arasın üzərində dayandıq.
- Həqiqətənmi bir filmin reytinqli və mükəmməl alınması üçün maddiyyat çox önəmlidir?
- Təəssüf ki, önəmlidir. Sözsüz, bir filmi ucuz ərsəyə gətirmək mümkündür, amma ssenaridən asılıdır. Məsələn, “Mahmud və Məryəm” XVI əsrdə baş verən hadisələri əks etdirir. XXI əsrdə, 2012-ci ildə XVI əsri çəkirik. Bu film ucuz ola bilməz, burada dekorasiya, geyimlər, avadanlıqlar, çox yaxşı heyət, kompüter effektləri lazımdır. Digər filmlərdəki kimi, bir ayaqqabı və adi kostyumla bu cür filmi çəkmək mümkünsüzdür. Sözsüz ki, ucuz filmlər çəkmək mümkündür, bu da ssenaridən asılı olan bir haldır.
- Türkiyədə film sektorunun son illər bu qədər inkişafı aktyorlardan, rejissorlardan, yoxsa puldan qaynaqlanır?
- Təkbaşına heç bir iş fayda gətirməz. Rejissorlar daha çox çalışdıqca, aktyorlar daha gözəl oynadıqca yeni layihələr hazırlanır. Türkiyədə gördülər ki, əgər bir işə pul xərclənirsə, daha çox pul qazanılır. O səbəbdən də Türkiyədə son beş ildə yeni sistemə keçildi. Rejissorlar, prodüserlər çox ciddi pul xərcləməyə və böyük yatırımlar qoymağa başladırlar. Və nəticədə bu sektor getdikcə daha da böyüyür.
- Azərbaycanın hazırkı film sektoru ilə bağlı hansısa bilgilərə sahibsinizmi?
- Bu, Azərbaycana dördüncü gəlişimdir. Əslində, mən çox maraqlandım, soruşdum. Hər gəldiyimdə bir şeylər soruşdum. Anladığım qədəri ilə özəlliklə film sektoru hələ formalaşmayıb. Mənə burda il ərzində bu qədər film istehsal edirik, bu qədər bilet satılır tipli məlumatlar verilmədi. Türkiyədə də bu vəziyyət yaşanırdı, amma zamanla daha yaxşı oldu. Anladığım qədəri ilə yavaş-yavaş yaxşı olacaq. Hazırda Azərbaycan film sektoruna dövlət dəstəyi də var, lakin film sektorunun inkişafı üçün özəl sektor da çox önəmlidir.
- Bu Sizin Azərbaycan aktyorları ilə ilk işinizdir. Aktyorlarımız barədə düşüncələriniz necədir?
- Açıq deyim ki, əvvəl bu fikrə məsafəli durdum, ehtiyatlandım, çünki hər kəs bildiyi və tanıdığı aktyorlarla çalışmağa üstünlük verir. Amma bu fikrə yox da demədim, çünki çoxsaylı ölkələrin aktyorları ilə çalışmışam. Azərbaycan aktyorlarını görmək istədim. Gördükdən və tanıdıqdan sonra narahatlığım aradan qalxdı. Xüsusən Fəxrəddin Manafovu çox bəyəndim. Onunla çalışmağa başladığımız andan “başqa Ziyad Xan olmazdı” deməyə başladım. Aktyorlar çox yaxşıdır və hər birindən məmnunam.
- Növbəti layihələrinizdə Azərbaycan aktyorları ilə işləmək istərdinizmi?
- Məmnun olaram və mənə çox rahat olar. Artıq mən Fəxrəddin müəllimi, Şamil bəyi tanıyıram. Mənə bir ssenari gəlsə və onlara uyğun rol olsa, bunu biləcəyəm, çünki onları tanıyıram. Serialda da, filmdə də ola bilər.
- Rejissor olaraq bir hədəfiniz varmı?
- Dünya film sektorunda bir iş görmək istərdim. Dünya səviyyəli filmlər çəkmək istərdim ki, beynəlxalq arenada göstərilsin.
- Gündəlik həyatınızın neçə saatını bu işə sərf edirsiniz?
- 18-20 saat bu işlə məşğul oluram.
-
- Kıvanc Tatlıtuğ kimi kaprizli bir aktyorla işləmək çətin deyil ki?
- İnanın, Kıvanc heç kaprizli deyil. O, olduqca məsuliyyətli, çalışqan və səmimi bir insandır. Mənimlə münasibəti çox yaxşıdır. Rejissorla aktyorun münasibəti yaxşı olmasa, yaxşı iş ortaya çıxarmaq da mümkün olmaz.
Xəbər Lenti
"Reuters": İsrail və "Hizbullah" atəşkəsə razılaşıb
Sabunçuda 12 il əvvəl evi qarət etdikdən sonra qətl törədən şəxsə hökm oxunub
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib
Tramp Xameneiyə cavab verib: Çarəsizlikdən danışıqlar aparan İran idi
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
Tramp: Müharibə İranı zəiflədib, heç nələri yoxdur
Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib
Xəzər rayonunda açıq ərazidə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Lavrov: Rusiya ABŞ-ın Ukraynaya yanaşmasını yenidən dəyişə biləcəyini hiss edir
Narkotik tranziti və kiberdələduzluqda ittiham edilən dəstə üzvlərinə hökm oxunub - YENİLƏNİB
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
KİV: ABŞ İrana İsrailin Livana hücumlarını artırmayacağını bildirib
Azərbaycan və Türkiyə arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olunub, protokol imzalanıb
Tramp Meloninin şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib, İtaliya lideri bunu uydurma adlandırıb
Bakıda İƏT-in keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi bilinib
Pakistan XİN rəhbəri İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv olunmasının səbəbini açıqlayıb
Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib - FOTO
Rusiya Mərkəzi Bankı ardıcıl doqquzuncu dəfə uçot dərəcəsini endirib
Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
Netanyahu İsrail ordusunun Livanda qalacağına israr edir
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Environmental Protection First” Koalisiyası İrəvanda keçiriləcək COP17 sədrliyinə müraciət ünvanlayıb
Ukrayna PUA-larının Moskvaya kütləvi hücumu davam edir, 35 dron vurulub - YENİLƏNİB
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
ITFC: Orta Dəhliz Azərbaycanın regional ticarət mərkəzi kimi rolunu gücləndirir - MÜSAHİBƏ
Rusiyalı nüvə mütəxəssisləri Buşehr AES-ə geri qayıdacaq
Zakir Fərəcov vətəndaş qəbulu keçirib
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTO
CNN: İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına zəmanət tələb edir
Nazir müavini: Bundan sonra qadın sahibkarlığın inkişafına xüsusi əhəmiyyət veriləcək
AIIB Azərbaycanla dəniz daşımaları və aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirəcək
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
ÜST-ün regional direktoru: Səhiyyə sistemlərinin səmərəliliyinin artırılması üçün üzv ölkələrə dəstək göstərilir
Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
İsDB Toplantıları çərçivəsində genişmiqyaslı sazişlər imzalanıb - FOTO
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar - SİYAHI
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib
İsrail ordusu: Livanda onlarla "Hizbullah" üzvü öldürülüb, 80-dən çox hədəfə zərbə endirilib
Peskov: Rusiya Ukraynaya zərbələr endirməyə davam edəcək
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
XİN-də xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları və maaşlara əlavələrin məbləği təsdiq edilib