Bank Of Baku

Rusiyanın görkəmli müğənnisi İosif Kobzon Bakıda yubiley konserti verəcək - FOTO

Rusiyanın görkəmli müğənnisi İosif Kobzon Bakıda yubiley konserti verəcək - <font color=red>FOTO</font>
# 10 sentyabr 2012 08:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Rusiyanın xalq artisti İosif Kobzon Bakıda Heydər Əliyev Sarayında konsert verəcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 18 sentyabr - Milli Musiqi Günündə təşkil olunacaq konserti İosif Kobzon 75 illik yubileyinə həsr edəcək. “Ya lyublu tebya jizn” adı altında keçiriləcək konsertdə İosif Kobzon repertuarındakı ən yaddaqalan mahnılarını ifa edəcək. Sözügedən konsert yalnız dəvətnamə ilə olacaq.

Bakıdan əvvəl İosif Kobzon Moskvada yubiley konserti ilə çıxış edəcək. Daha sonra Azərbaycanda daxil olmaqla, 11 ölkəyə yubiley konserti turuna çıxacaq.

Qeyd edək ki, Rusiyanın xalq artisti İosif Kobzon 1937-ci ilin sentyabrın 11-də anadan olub. Sabah görkəmli sənətkarın 75 yaşı tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR