Bank Of Baku

Emin Cennifer Lopezlə birgə “Baku Crystal Hall”da çıxış edəcək

Emin Cennifer Lopezlə birgə “Baku Crystal Hall”da çıxış edəcək
# 11 sentyabr 2012 11:03 (UTC +04:00)
Müğənninin Bakıda konsertini təşkilatçısı “Omnikomo Music Group"un PR və marketinq şöbəsindən APA-ya verilən məlumata görə, Emin sentyabrın 23-də “Baku Crystal Hall”da keçiriləcək Cennifer Lopezin solo konsertində səhnəyə çıxacaq. Eminin saat yarımlıq çıxışı nəzərdə tutulan Cennifer Lopezdən öncə səhnəyə çıxacağı və bir saata yaxın sevənləri qarşısında çıxış edəcəyi gözlənilir. Emin Ağalarov repertuarında sevilən və seçilən, dünya hit-paradlarında ön sıralarda olan kompozisiyaları sevənləri qarşısında oxuyacaq. Bu Eminin sözügedən səhnədə “Eurovision 2012” mahnı müsabiqəsinin final şousundakı yaddaqalan ifasından sonra ikinci çıxışı olacaq.

Qeyd edək ki, Emin eyni zamanda sentyabrın 22-də Bakıda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının açılışında da Cennifer Lopeslə bir səhnədə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR