Bank Of Baku

Əli Əmirlinin “Varlı qadın”ı Kumık Musiqili Dram Teatrının kollektivinin ifasında “Tuqanlıq” festivalında nümayiş etdirilib

Əli Əmirlinin “Varlı qadın”ı Kumık Musiqili Dram Teatrının kollektivinin ifasında “Tuqanlıq” festivalında nümayiş etdirilib
# 12 sentyabr 2012 15:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən türk xalqlarının V “Tuqanlıq” Beynəlxalq Teatr Festivalı (6 – 13 sentyabr) çərçivəsində A. Salavatov adına Dağıstan Dövlət Kumık Musiqili Dram Teatrının kollektivi Əli Əmirlinin “Varlı qadın” komediyası ilə çıxış edib. Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, Başqırdıstan Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa böyük uğurla baş tutub və tamaşaçıların hərarətli alqışları ilə müşayiət olunub.

2011-ci ilin martından başlayaraq kumık teatrının repertuarında özünə yer eləmiş “Varlı qadın” teatrın ən çox baxılan tamaşası kimi “Tuqanlıq” festivalına vəsiqə alıb. “Varlı qadın”ın quruluşçu rejissoru Rusiyanın əməkdar incəsənət xadimi İslam Qazıyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR