Bank Of Baku

Sərxan Sərxanın 60 illik yubileyi Azərbaycanda qeyd olunacaq

Sərxan Sərxanın 60 illik yubileyi Azərbaycanda qeyd olunacaq
# 19 sentyabr 2012 09:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın və Rusiyanın əməkdar artisti, müğənni Sərxan Sərxanın 60 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən müğənni bildirib ki, yubiley tədbirinin iki gün – oktyabrın 2-3-də Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulur.

S. Sərxan deyib ki, yubiley tədbiri əvvəlcə Bakıda, sonra isə Moskvada təşkil olunacaq: “İki günlük tədbir üçün xüsusi və yaddaqalan proqram hazırlanır. Hər iki gün mən özüm və qonaqlarım çıxış edəcək. Qonaqlarım arasında uzun illərdir dostluq etdiyim həmkarlarım da olacaq. Məhz yubiley üçün yeni mahnılar yazdırmışam. Yubileyə gələnlərə neçə yaşım olduğunu əvvəlcədən demək istəmirəm, görüm mənə neçə yaş verəcəklər”.

Onu da öyrəndik ki, Sərxan Sərxana yerli televiziya kanallarından biri serialda rol təklif edib. Müğənni hələ ki bu təklifi düşünür və qəbul etmək fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR