Bank Of Baku

Cennifer Lopez: “Azərbaycanda keçiriləcək qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram”

Cennifer Lopez: “Azərbaycanda  keçiriləcək qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram”
# 20 sentyabr 2012 07:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidıqızı-APA. “Azərbaycanda keçiriləcək qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Bu günü səbirsizliklə gözləyir və artıq Bakıya yola düşürəm”. APA-nın məlumatına görə, bu sözləri iki gün Bakıda çıxış edəcək dünya şöhrətli müğənni Cennifer Lopez öz rəsmi internet səhifəsində yazıb.

Müğənni qarşıdan gələn şənbə və bazar günü (sentyabrın 22-si və 23-də) Bakıda yaddaqalan və gözəl gecə keçirəcəyini qeyd edib: “Mən Azərbaycana ilk dəfə səfər edəcəyəm. Bu, mənim üçün çox böyük şərəfdir. Belə bir idman çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Eyni zamanda sevinirəm ki, idman tədbirinə bütün dünyadan güclü və insanı ruhlandıran xanımlar yığışacaqlar. Hər kəsə uğurlar arzu edirəm. Bakıda görüşərik!”

Cennifer Lopez sabah Bakıda olacaq. Müğənni sentyabrın 22-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək “FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012”-nin rəsmi açılışı mərasimində çıxış edəcək. Sentyabrın 23-də isə o, “Baku Crystal Hall” səhnəsində solo-konsert verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR