Bank Of Baku

Cennifer Lopezin “Crystal Hall”da verəcəyi solo-konsertə biletlərin satışının son günüdür

Cennifer Lopezin “Crystal Hall”da verəcəyi solo-konsertə biletlərin satışının son günüdür
# 22 sentyabr 2012 11:19 (UTC +04:00)
“Omnikomo Music Group”un PR və marketinq şöbəsinin müdiri Zaur Darabzadənin APA-ya verdiyi məlumata görə, biletlərin satışı sentyabrın 22-si, bu gün axşam saat 20:00-a kimi davam edəcək. Bu biletlər şəhərin heç bir kassasında satılmır və biletlərin satışı yalnız Bayraq Meydanının yaxınlığında təşkil edilib.

Konsertlərin təşkilatçısı olan “Omnikomo Music Group” şirkətinin PR xidməti dəqiqləşdirib ki, internet vasitəsi ilə əldə edilən hər bilet artıq bilet sayılır və onu vauçer kimi hansısa biletə dəyişməyə ehtiyac yoxdur. Elektron ünvana gələn məktubda bilet üzərində konsert zalına girişi təmin edəcək bar-kod göstərilib. Hər bilet bir konsert üçün etibarlıdır. Bu bileti (ağ-qara və ya rəngli) çap edib konsertə götürmək lazımdır. Cennifer Lopez, Bakı tamaşaçısı üçün eksklüziv şou nümayiş etdirəcək.

Qeyd edək ki, dünya şöhrətli ulduzun konserti yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR