Bank Of Baku

Danimarkada “Eurovision 2013”lə bağlı rekord göstərici əldə olunub

Danimarkada “Eurovision 2013”lə bağlı rekord göstərici əldə olunub
# 26 sentyabr 2012 12:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision - 2013” mahnı müsabiqəsində Danimarkanı təmsil etmək üçün rekord sayda mahnı qəbul olunub. APA-nın müsabiqənin rəsmi internet saytına yazdığı xəbərə görə, müsabiqə üçün milli televiziyaya 692 mahnı təqdim edilib. Bu tipli rekord 2009-cu ildə qeydə alınıb və həmin il 684 mahnı təqdim edilib. Danimarka gələn il keçiriləcək “Eurovision-2013” yarışmasında daha yüksək nəticə göstərmək niyyətindədir.

Azərbaycanda keçirilən “Eurovision-2012” yarışmasında Danimarka təmsilçisi Soluna Samay 23-cü olub. Bu ilki seçimin maraqlı tərəfi odur ki, 2009-cu ildə Danimarkanı təmsil edən və 13-cü yer tutan Nils Brink yenidən seçim turunda iştirak etmək niyyətindədir. Əgər onun mahnısı uğurlu olsa, o “Dansk Melodi Grand Prix” festivalının final mərhələsində iştirak etmək şansı qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR