Bank Of Baku

Gürcüstanlı müğənni Dato Bakıda konsert verib - FOTOSESSİYA

Gürcüstanlı müğənni Dato Bakıda konsert verib - <font color=red>FOTOSESSİYA</font>
# 01 oktyabr 2012 07:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Gürcüstanın populyar müğənni və bəstəkarı Dato Bakıda ilk dəfə solo konsert verib. APA-nın məlumatına görə, Heydər Əliyev Sarayının və FUN-FUN qrupun təşkilatçılığı ilə reallaşan konsertdə müğənnini qızlardan ibarət “Show Fusion Ballet” rəqs qrupu müşayiət edib. Konsert boyunca tamaşaçılarla ünsiyyətə önəm verən Dato, səmimiyyəti ilə zalı ələ almağı bacarıb. Sevənlərinin istəyi ilə musiqilər ifa edən müğənni rus, türk, gürcü, Ukrayna dilləri ilə yanaşı, Azərbaycan dilində də mahnı oxuyub. Qədim tarixi olan “Sarı gəlin”i gitaranın müşayiəti ilə səsləndirən Datonun bu çıxışı alqışlarla qarşılanıb. Rəqqasların çıxışını maraqla izləyən tamaşaçılar gecənin davamında onlara qoşularaq rəqs ediblər. Səhnədə quraşdırılan LED monitorlarda müğənninin konsertləri, klipləri ilə yanaşı musiqilərə uyğun müxtəlif effektləri özündə əks etdirən video görüntülər də nümayiş olunub. Konsertin sonunda Dato tamaşaçıların istəyi ilə yenidən səhnəyə qayıdaraq daha bir mahnı oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR