Bank Of Baku

Ermənistanın “Junior Eurovision -2012” təmsilçisi ətrafında qalmaqal yaranıb

Ermənistanın “Junior Eurovision -2012” təmsilçisi ətrafında qalmaqal yaranıb
# 03 oktyabr 2012 13:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Junior Eurovision 2012” müsabiqənin Ermənistandan olan təmsilçisi “Compass band” qrupu ətrafında qalmaqal yaranıb. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı xəbərə görə, Ermənistanı sözügedən müsabiqədə kimin təmsil edəcəyi barədə məsələ hələ də tam həllini tapmayıb. Mənbənin məlumatına görə, qalib gələn qrup bəzi nöqsanlara yol verib. Bu sırada qrup üzvlərinin yaşının düz göstərilmədiyini də deyilir. Bu isə nəticələrin ləğvinə gətirib çıxara bilər. Hazırda Ermənistanın İctimai Televiziyasında vəziyyət gərginləşib və qalmaqalın necə nəticələnəcəyi məlum deyil.

“Junior Eurovision” yarışması dekabrın 1-i Amsterdamda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR