Bank Of Baku

“Junior Eurovision-2012”də Azərbaycan təmsilçilərindən biri Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyasının yetirməsidir

“Junior Eurovision-2012”də Azərbaycan təmsilçilərindən biri Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyasının yetirməsidir
# 12 oktyabr 2012 07:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu il ölkəmizin ilk dəfə qatılacağı “Junior Eurovision-2012” yarışmasında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının balaca istedadları da özlərini sınayıblar. Son mərhələyə qədər seçim turundan keçən Qəmərtac Maqsudova, Toğrul Kərimov və Suada Ələkbərova yaşıdları arasında çox fərqli çıxışlar təqdim ediblər. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suada Ələkbərova Ömər Sultanovla birlikdə final mərhələsinin qalibi olub, 12 ölkənin qatılacağı gənc istedadların “Evrovision” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, Suadanın 11 yaşı var. Bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir. Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: “Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR