Bank Of Baku

Eldar Qasımov və Nigar Camal Türkiyədə Ümumdünya istefaya çıxmış zabitlərin festivalında çıxış edəcəklər

Eldar Qasımov və Nigar Camal Türkiyədə Ümumdünya istefaya çıxmış zabitlərin festivalında çıxış edəcəklər
# 19 oktyabr 2012 14:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyədə Ümumdünya istefaya çıxmış zabitlərin festivalı keçiriləcək.

APA-nın məlumatına görə, festival Türkiyə istefaya çıxmış Zabitlər Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq. 17-20 oktyabr tarixlərində Ankarada keçirilməsi nəzərdə tutulan bu tədbirin məqsədi ölkələr arasında dostluq əlaqələri inkişaf etdirmək və dünyada sülhün inkişafına nail olmaqdan ibarətdir.

Festivala müxtəlif ölkələrin professionalları qoşulacaq. Festivalın xüsusi qonaqları qismində bu günlərdə Moskvaya səfərdən qayıdan Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal çıxış edəcək. Qalib duetin çıxışı 19-20 oktyabrda baş tutacaq. Bir neçə müddətdir birgə görünməyən Eldar və Nigar məhz Rusiya paytaxtında eyni səhnəni bölüşüblər.

Ell/Nikki festivalın sonuncu günündə çıxış edəcəklər və öz musiqi proqramlarını təqdim edəcəklər. Təşkilatçılar “Eurovision-2011” qaliblərinə TEMAD-ın mükafatını verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR