Bank Of Baku

Azərbaycanın “Junior Eurovision” təmsilçiləri səhnədə 3-cü nömrə altında çıxış edəcəklər

Azərbaycanın “Junior Eurovision” təmsilçiləri səhnədə 3-cü nömrə altında çıxış edəcəklər
# 24 oktyabr 2012 11:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ilk dəfə qatıldığı “Junior Eurovision 2012” yarışmasında təmsilçiləri Ömər Sultanov və Suada Ələkbərovanın çıxış edəcəyi nömrə müəyyənləşib. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, azərbaycanlı təmsilçilər dekabrın 1-də Amsterdamda üçüncü səhnəyə çıxacaqlar. Azərbaycan təmsilçiləri musiqisi Cesika Appla, sözləri Zəhra Bədəlbəyliyə məxsus olan “Boys and Girls” mahnısı ilə çıxış edəcəklər.

Bildirilir ki, “Junior Eurovision-2012”də ölkə təmsilçilərin çıxışı bu sıralanma ilə olacaq: Belarus, İsveç, Azərbaycan, Belçika, Rusiya, İsrail, Albaniya, Ermənistan, Ukrayna, Gürcüstan, Moldova, Niderland.

Qeyd edək ki, azyaşlı istedadların mübarizə aparacağı “Junior Eurovision” artıq onuncu dəfədir keçirilir. Bu il müsabiqədə Azərbaycan da daxil olmaqla, 12 ölkə istedadlısı mübarizəyə qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR