Bank Of Baku

Latviyanın “Eurovision 2012” təmsilçisi Anmari Bakıda “Sarı gəlin” adlı solo konsert verəcək

Latviyanın “Eurovision 2012” təmsilçisi Anmari Bakıda “Sarı gəlin” adlı solo konsert verəcək
# 07 noyabr 2012 14:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Latviyanı “Eurovision 2012” mahnı müsabiqəsindəki təmsilçisi Anmari Bakıda, Heydər Əliyev Sarayında solo-konsert verəcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabrın 27-də keçiriləcək konsert “Sarı gəlin” adı altında təşkil ediləcək. Anmarini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edəcək. Müğənni bakılı tamaşaçılar üçün “Sarı Gəlin”, “Sən gəlməz oldun” və “Gəl ey səhər” daxil olmaqla 6 Azərbaycan mahnısı ifa edəcək.

Bundan əlavə Anmari Latviya xalq mahnıları ilə yanaşı tanınmış latviyalı bəstəkar Raymond Paulsun mahnılarını ifa edəcək.

Konsertin biletləri 10 – 60 AZN arasında satışa çıxarılıb. Biletləri şəhərin mərkəzi kassalarından əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR