“Planet Parni iz Baku” KVN Teatrı “100 kağız PP.B” adlı yeni konsert proqramının nümayişinə başlayıb

“Planet Parni iz Baku” KVN Teatrı “100 kağız PP.B” adlı yeni konsert proqramının nümayişinə başlayıb
# 04 aprel 2007 08:49 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Planet Parni iz Baku” KVN Teatrının “100 kağız PP.B” adlı yeni 6 günlük solo konserti başlayıb. APA-nın məlumatına görə, ilk konsert proqramı aprelin 3-də keçirilsə də, proqram təyin olunduğu vaxtdan bir saat gec başlayıb. Konsertdə bəzi problemlər yaranıb, Opera və Balet Teatrının konsert zalında yer çatışmazlığı üzündən tamaşaçılar arasında insident baş verib. Sonra problem zala əlavə oturacaqların gətirilməsi ilə həll olunub. 6 günlük proqramda teatr kollektivinin ifasında şou-biznes nümayəndələrinin və dövlət rəsmilərinin parodiyaları yer alıb. Proqramda teatrın üzvləri Tahir və Cabir İmanovlar, Elçin Həmidov, Kubra Əliyeva və başqaları çıxış edib. Sözügedən proqramda Tahir və Cabir İmanovlar (Eliş və Roşka), Elçin Həmidov (Məzi), Bəhram Bağırzadə (rayon icra hakimiyyəti başçısının müavini Natiq müəllim), Kübra Əliyeva (Südabə xala) çıxış ediblər. Konsert proqramında Şiraslan Gürsəslinin (Tahir İmanov) ifasında yeni mahnılar səslənib. Qeyd edək ki, proqram aprelin 4, 5, 8 və 9-da nümayiş etdiriləcək. Layihənin təşkilatçıları bildirib ki, artıq konsertə bütün biletlər satılıb və proqramın əlavə olaraq daha bir gün nümayiş etdirilməsi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Şou-biznes

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR