Aygün Kazımova: “Namiq Qaraçuxurlu ilə duet oxuduqdan sonra toylara daha tez-tez dəvət olunuram”

Aygün Kazımova: “Namiq Qaraçuxurlu ilə duet oxuduqdan sonra toylara daha tez-tez dəvət olunuram”
# 12 may 2007 13:15 (UTC +04:00)
“Namiq Qaraçüxurlu ilə duet oxuduqdan sonra toylara daha tez-tez dəvət olunmağa başladım. Mən ən bahalı müğənni olduğumu gizlətmirəm. Bu mənim üçün göydəndüşmə olmayıb. Digərləri elə qiymət deyə bilər ki, camaat gülər, onları toya dəvət etməz. Mən qiymətdən asılı olmayaraq, həmişə toylara dəvət olunuram. Çünki reklamıma daha çox pul xərcləyirəm”. Bu sözləri APA-ya açıqlamasında əməkdar artist Aygün Kazımova deyib. Sənətçi reklama xərclədiyi pulun əvəzində daha çox qonorar aldığını gizlətməyib: “Sənətçi xərclədiyi pulun müqabilində də qonorar alır. Peşəkar müğənni pul xərcləməyi bacarmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Şou-biznes

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR