Baloğlan Əşrəfov Azərbaycana qayıdıb

Baloğlan Əşrəfov Azərbaycana qayıdıb
# 21 may 2007 16:19 (UTC +04:00)
APA-nın məlumatına görə, hava limanında müğənnini ailə üzvləri, yaxınları və pərəstişkarları qarşılayıb. B. Əşrəfov onun sağalmasında rolu olan şəxslərə təşəkkür edib: “Donorum heç bir təmənna güdməyən azərbaycanlı pərəstişkarlarımdan biri olub”. Komaya düşməyindən xəbərsiz olduğunu vurğulayan B. Əşrəfov heç bir ağrı hissi keçirmədiyini deyib: “Oyananda gördüm ki, əllərim, qollarım bağlı yataqdayam. Harada olduğumu soruşanda isə hər şeyi danışdılar. Ancaq koma vəziyyətində olduğum müddətdə heç bir şeyi xatırlamıram. Koray Acarlı mənə dedi ki, sənə həyata qaytarmışam”. B. Əşrəfov bundan sonra pəhriz saxlayacağını, tezliklə yaradıcılıqla məşğul olmağa çalışacağını deyib. O, açıq havada pulsuz konsert verəcəyini də deyib: “Əgər yaradıcılıqla məşğul olmağa və oxumağa halım olmasaydı, Azərbaycana gəlməzdim”. Onunla birlikdə Bakıya gələn həkim Koray Acarlı üç gün Bakıda olacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR