Çelik Azərbaycanda keçiriləcək “Super Star” televiziya müsabiqəsinin münsiflər heyətində təmsil olunacaq

Çelik Azərbaycanda keçiriləcək “Super Star” televiziya müsabiqəsinin münsiflər heyətində təmsil olunacaq
# 23 may 2007 09:59 (UTC +04:00)
Türkiyənin tanınmış müğənnisi Çelik Azərbaycanda keçiriləcək “Super Star” televiziya müsabiqəsinin münsiflər heyətində təmsil olunacaq. APA-nın Türkiyə bürosunun məlumatına görə, “’Lider TV’-nin təşkil etdiyi müsabiqənin sentyabrda başlaması gözlənilir. Çelik həmçinin müsabiqənin münsiflər heyətində təmsil olunmaq üçün bəstəkar Ərcan Saatçı ilə də danışıqlar aparıldığını söyləyib. İlin sonuna kimi davam edəcək müsabiqənin qalibinin Türkiyədə albomu işıq üzü görəcək.
Çelik bildirib ki, bu müsabiqə ilə bağlı Bakıda olacağı vaxtda klip də çəkdirməyi planlaşdırır. Müğənni azərbaycanlı həmkarı Yeganə ilə birlikdə söz və musiqisi özünə aid olan “İrəli Azərbaycan” adlı mahnıya duet oxuduqlarını, bu mahnının son tamamlanma mərhələsində olduğunu da deyib. O, Yeganə ilə başqa bir duet üzərində də çalışdıqlarını söyləyib. Çelik, həmçinin, son 15 ildə oxuduğu mahnılarından ibarət albom çıxarmağa da hazırlaşdığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR