Elməddin Cəfərov: “Mehriban Xanlarova mənə işarə verirdi ki, ya Nicatı, ya da Xəyyamı çıxarım”

Elməddin Cəfərov: “Mehriban Xanlarova mənə işarə verirdi ki, ya Nicatı, ya da Xəyyamı çıxarım”
# 24 may 2007 12:55 (UTC +04:00)
“Maşın” şousunda yaranan qruplaşmaya daxil olmaq və bir qadın tərəfindən idarə olunmaqdansa, getməyə üstünlük verdim. Mən heç zaman qadınların fitvasına getməyəcəyəm. Mehriban Xanlarova mənə işarə edirdi ki, Nicatı və ya Xəyyamı çıxarım. Onun istədiklərini etmədim deyə, Murad Arif və Tünzalə mənə o cür münasibət göstərdilər. Şounu tərk etməyimlə nümayiş etdirdim ki, Elməddinə heç zaman təzyiq edilə bilməz”. Bu sözləri APA-ya ötən gün “Maşın” şousunu öz istəyi ilə tərk edən Elməddin Cəfərov deyib. Hazırda şouda çox gərgin vəziyyətin yaşandığını deyən E.Cəfərov maşına görə iştirakçıların bir-birini təhqir etdiklərini vurğulayıb: “8 milyonluq xalq görür ki, hazırda maşına görə iştirakçılar arasında qan savaşı gedir. O maşına çox ehtiyacım olsa da, xalqın gözündən düşmək istəmədim. Bəlkə də səs toplayıb çıxmağımla tamaşaçıların gözündən düşdüm”. Artıq “Maşın” şouda qruplaşma yarandığını qeyd edən E. Cəfərov bunun bütün tamaşaçılara məlum olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir tamaşaçı şou daxilində yaranan qruplaşmanın kim tərəfindən idarə olunduğunu və orada kimlərin olduğuna bələddir: “Əgər mən qalsaydım və o qruplaşmada olmağa razılıq versəydim, simam itəcəkdi. Qalıb onların istədiyi kimi Nicatı çıxartsaydım, hamının gözündən düşərdim. O qruplaşmada ki, qadın lider olacaq və onun pultu ilə idarə olunacağam, o maşın mənə lazım deyil. Allahımın və özümün qarşısında simamı itirmədiyim üçün şükür edirəm. Bir dəfə tələ qurub mənim əlimlə Allahverdi Yolçuyevi çıxartdılar. Mənə isə Murad Arif və ən yaxın dostum tərəfindən tələ qurulmuşdu. Çıxdığım an heç nəyi fikirləşə bilmirdim. Ancaq onu düşündüm ki, bir kişi kimi etibarım itməsin. Həyatda hər zaman özüm qərar vermişəm”. E. Cəfərov “Maşın” şouda müəyyən miqdarda pul itirsə də, özünü qazandığını deyib. Növbəti dəfə belə bir şouda bir daha iştirak etməyəcəyini deyən şou iştirakçısı burada əsəblərinin pozulduğunu və belə bir şounu tamaşaçı kimi izləməyin daha məqsədəuyğun olduğunu vurğulayıb. E. Cəfərov “Maşın”dan çıxdığı zaman Tünzalə Əliyevaya məsləhət verdiyini də qeyd edib: “Tünzaləyə dedim ki, az danış və xalqın gözündən düşmə. Danışdıqca mənfiliklərin, səhvlərin üzə çıxır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR