Nicat Kazımov: “Sənubər İsgəndərlinin özündən razılığına onu “Maşın” şoudan uzaqlaşdırmağımla cavab verdim”

Nicat Kazımov: “Sənubər İsgəndərlinin özündən razılığına onu “Maşın” şoudan uzaqlaşdırmağımla cavab verdim”
# 26 may 2007 11:52 (UTC +04:00)
Buna baxmayaraq, onun qalması üçün səs istədim və tamaşaçılarım bu sözümdən onun qalmasına çox səs göndərdilər. Bu səslər onun qalmasına çox kömək oldu. Tünzalənin o maşına ehtiyacı olduğu kimi, mənim də ehtiyacım var”. Bu sözləri APA-ya açıqlamasında ötən gün “Maşın” realiti-şousundan Tünzalə Əliyeva tərəfindən uzaqlaşdırılan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Nicat Kazımov deyib. Aktyor Tünzalə Əliyevanın hədəfinin məhz onun olmasının səbəbini bilmədiyini vurğulayıb və bu sualı şounu tərk edəndən sonra ona ünvanlamağı məsləhət görüb. O, bir müddət əvvəl N. Kazımov şoudan uzaqlaşdırdığı aktrisa Sənubər İsgəndərlinin onu ikiüzlü adlandırmasına da münasibət bildirib: “Ancaq ona qarşı ikiüzlülük etməmişəm. Sənubər İsgəndərlini oradan çıxaracağım gün doğrudan da şəklimin çıxacağına hazır deyildim. Şəklim çıxandan sonra isə kimi çıxaracağımı müəyyənləşdirməmişdim. Sənubər İsgəndərli əleyhimə səs istəməyə başladı, mən isə səs yığacağıma inanmırdım. Əslinə qalsa, mən tamam başqa adamı çıxarmağı düşünürdüm. İndi həmin adamın adını çəkmək istəmirəm. Sənubər xanımın bu sözlərindən sonra səs faizimi görəndə düşündüm ki, mənim qalmağım üçün gələn bu səslər Sənubər İsgəndərlinin şounu tərk etməsini istəyənlərin səsləridir. Əgər mən onu çıxartmasaydım, tamaşaçının gözündən düşərdim. Mənim xalqın gözündən düşməməyim Sənubər İsgəndərlinin gözündən düşməyimdən daha vacibdir. Sənubər xanım heç olmasa, şoudan sonra mədəniyyət pərdəsini saxlayaydı. İndi məni də Tünzalə çıxarıbsa, onun arxasınca danışmalıyam? Sənubər İsgəndərli əsəblərini cilovlasa, daha yaxşı olar. Axı bu bir şoudur, oyundur. Sənubər xanımın dediklərindən sonra onu çıxarmalı idim, başqa variant yox idi. İkiüzlü olmağıma gəlincə, bu şounu çoxsaylı tamaşaçılar izləyir. Nicat Kazımovun ikiüzlü olub-olmaması tamaşaçılara məlumdur. Bu oyunda hər adamdan özünü gözləməlisən. O demək deyil ki, şoudan çıxandan sonra düşmən olmalısan. Ancaq həqiqətən də Sənubər İsgəndərlidən bunu gözləmirdim. Teatr adamları axı səmimiyyəti ilə seçilir. Teatr adamından belə bir şey görəndə onun da canlı efirdə cavabını verirsən, qurtarır gedir. Mən efirdə Sənubər xanımın cavabını verdim”.
Şouya qatılmağından peşmançılıq hissi keçirməyən N. Kazımov məhz bu şouda iştirakdan sonra tamaşaçılar tərəfindən sevildiyinin şahidi olub və 17 illik əziyyətinin hədər getməməsindən razı qalıb. Mehriban Xanlarovanın Elməddin vasitəsi ilə onu çıxarmaq istəyinə gəlincə, aktyor bunun səbəbini açıqlayıb: “Mehriban Elməddinə işarə verirdi ki, məni çıxarsın. Ancaq Elməddin onun dediyini etmədi. Mehriban Xanlarovanın və Tünzalə Əliyevanın Elməddinin əli ilə məni uzaqlaşdırmaq istəyi məlum məsələdir. O maşını kim udacaqsa, halal xoşu olsun! Bu günə qədər nə qazana bilmişəmsə, mənə havayı verilməyib. Hətta fəxri adlar, mükafatlar, ümumiyyətlə, mənə qismət olmalı şeylər hamısı böyrümdən gəlib keçib, ancaq mənə çatmayıb”. N. Kazımov maşını Mübariz Tağıyevin qazanmasını istəsə də, buna inanmadığını və müğənninin sona kimi səbrinin çatmayacağını deyib: “Mübariz Tağıyev toylara getmir, Xəyyam isə toya gedir. Xəyyamın maşına o qədər də ehtiyacı yoxdur. Ancaq Xəyyam üçlüyə qalsa, maşın onun olacaq, çünki onların arasında ən dözümlüsü odur. Fikrimcə, bu gün şəkillər iki-ikiyə çıxacaq”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR