Çingiz Əhmədov: “Maşını Murad Arifə halal etmirəm”
Ç. Əhmədovun bu açıqlamasına münasibət bildirən “Maşın” realiti-şounun qalibi Murad Arif ona maşını Allahın halal etdiyini deyib: “Dünən Anadolu otağında bütün iştirakçılar oturmuşdu, mən heç kimə yox, birinci Çingiz Əhmədova yaxınlaşıb əl uzatdım. Əlimi tutmadı və mənə dedi ki, “yeri get, a bala”. Çingiz müəllimdən fərqli olaraq, Vado Karovin məni qucaqlayıb öpdü. O başa düşmür ki, əgər onu çıxartmasaydım, maşın mənim olmazdı. Oyunun taktikası budur. Çingiz Əhmədov bu maşını mənə halal etmirsə, canı sağ olsun. Hər birimiz çox şey istəyə bilərik, çoxumuz bunu halal və ya haram edə bilərik. Sonda isə Allahın istədiyi olur, bəndənin istədiyi yox. Bunu Allah mənə halal edib. Nəticə onu göstərir ki, qalibi heç kəs ittiham edə bilməz”.
Şounun gedişatından danışan qalib deyib ki, bu şouda kiməsə qarşı pis olmaq günün normasıdır: “Şouda baş verənlərin yalnız 2%-i yayımlanırdı, 98%-i isə gizli qalırdı. Bu şouda yaxşı olmaq üçün çoxüzlü olmaq lazımdır. Burada isə heç kim yaxşı deyildi. Oyunda ancaq kiməsə pislik etməyin taktikasını düşünürsən. Ora gələn iştirakçı da gərək bunu dərk edərdi, bunu dərk etmədən gəlmək düzgün deyil. Mən orada çoxu üçün yaxşı deyildim. Otağımı bağlayırdım və heç kimi içəri buraxmırdım. Buna görə məni cəzalandırmaq da istədilər. Sadəcə, Allaha sığınıb gedirdim. Bu mənim minusumdur ki, mən kimisə çıxardanda çox soyuqqanlı oluram və dedikdən sonra üstündən su içirəm”. Elməddin Cəfərovun şounu tərk etdikdən sonra onun ünvanına dediklərinə gəlincə, Murad Arif Elməddini bu sözləri deməkdə haqlı hesab edib: “Elməddinin bu sözləri deməyə əsası var idi. Həyəcandan çıxmaq lazımdır ki, insanın ağlı başına gəlsin. “Maşın”dan sonra Elməddinlə münasibətimiz daha yaxınlaşdı”.
“Maşın” realiti-şouda finala qalan İrəvan Dövlət Dram Teatrının aktrisası Tünzalə Əliyeva isə Çingiz Əhmədovdan fərqli olaraq, maşını Murada halal edib. T. Əliyeva APA-ya açıqlamasında şoudan razı qaldığını deyib: “Heç zaman inanmazdım ki, 30 saat ayaq üstə qala bilərəm. Bu şoudan sonra özümə inamım artdı, demək, mən aktrisa kimi günlərlə dayanmadan çalışa bilərəm. Bu şouda özümü tapdım. Orada hər şey real idi, heç bir şey hazırlanma deyildi. Allah bu maşını mənim qismətimə yazmamışdısa, nə etmək olardı? “Maşın”da hər bir insanın iç üzü ortaya çıxır”.
Şounun iştirakçıları olan Elməddin Cəfərov və Mehriban Xanlarova da Murad Arifi təbrik edərək, maşının xeyirli olmasını arzulayıblar. /APA/
Şou-biznes
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib