“Maşın” realiti-şousunun yayımı dayandırılıb

“Maşın” realiti-şousunun yayımı dayandırılıb
# 11 iyun 2007 11:56 (UTC +04:00)
“Maşın” realiti-şousunun yayımı dayandırılıb. Bu barədə APA-ya açıqlamasında layihənin rəhbəri və aparıcısı Murad Dadaşov deyib. Şounun dayandırılmasına səbəb M. Dadaşovun bir neçə yeni layihə üzərində işləməsidir: “Sentyabrda isə tamaşaçılar qarşısına tam yeni layihə ilə çıxacağıq”. Şoumen deyib ki, hazırlanan yeni layihələrdən biri “Şit.com” adlanacaq. Bu layihənin həyata keçirilməsi üçün xaricdən avadanlıq gətiriləcək: “Sözügedən şou serial şəklində həyata keçiriləcək və layihənin hər yeni seriyasında tanınmış simalar olacaq. Layihədə əsasən aktyorlar iştirak edəcək. Çəkilişlərin başlanması üçün bu günlərdə Moskvaya səfər etmişdim. Artıq Moskva ilə danışıqlarımız baş tutub və texniki avadanlıq oradan gətiriləcək”. M.Dadaşov layihənin hələ hansı telekanalda yayımlanacağını müəyyələşdirməyib. Onun sözlərinə görə, layihəni yayımlamaq üçün bütün telekanallardan dəvət gəlib. M.Dadaşov bu layihənin prodüsseri və rəhbəridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR