İlhamə Quliyeva bu həftə xəstəxanadan çıxacaq

İlhamə Quliyeva bu həftə xəstəxanadan çıxacaq
# 11 iyun 2007 12:36 (UTC +04:00)
Mərkəzi Neftçilər Xəstəxanasının nevrologiya şöbəsində hipertonik krizis diaqnozu ilə müalicə olunan xalq artisti İlhamə Quliyeva iyunun 15-də evə buraxılacaq. Bu barədə APA-ya İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Hazırda sənətçinin özünü çox yaxşı hiss etdiyini bildirən mətbuat katibinin sözlərinə görə, İ. Quliyeva xəstəxanadan çıxdığı gün mətbuatla görüşəcək.
Qeyd edək ki, İ.Quliyeva iyunun 1-də gecə saatlarında hipertonik krizis diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxansına yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Şou-biznes

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR