Timati Bakıya “DJ” qrupla birgə gələcək

Timati Bakıya “DJ” qrupla birgə gələcək
# 13 iyun 2007 09:18 (UTC +04:00)
İyunun 30-da Rusiyanın “Fabrika zvyozd” müsabiqəsinin iştirakçısı Timati Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert “FX Fashion Gruop”unun təşkilatçılığı ilə baş tutacaq. “FX Fashion Group”dan APA-ya bildirilib ki, Timati Bakıya “DJ” qrupla birgə gələcək. Mərdəkanda yerləşən “Xəzər Golden Beech” Aqua Parkında gerçəkləşəcək konsertin bilet satışı hüququ “Anadolu” restoranlar qrupuna məxsusdur. Məlumatda bildirilib ki, Timatinin yay ərzində konsert proqramları ilə bağlı bütün qrafiki tutulsa da, o, Azərbaycandan gələn dəvəti qəbul edib. O, ilk dəfə olaraq bakılı tamaşaçılar qarşısında çıxış edəcək. Konsertdə “DJ” qrupla birgə gənclər üçün diskoteka və disko musiqilər təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR