Bank Of Baku

Aygün Kazımova: “Tofiq Bəhramov adına Stadionda konsert vermək hər müğənninin işi deyil”

Aygün Kazımova: “Tofiq Bəhramov adına Stadionda konsert vermək hər müğənninin işi deyil”
# 22 iyun 2007 14:45 (UTC +04:00)
Bu gün sənətçi Aygün Kazımova iyunun 20-də Tofiq Bəhramov adına Respublika Stadionun verdiyi solo konsertlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə öncə konsertdə oynanılan avtomobilin açarı qalib Tahir Eynullayevə təqdim olunub. Müğənni A. Kazımova konsertdən əvvəl müəllimi Vaqif Gərayzadə ilə məsləhətləşdiyini və onun razılığını aldıqdan sonra layihəni həyata keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, sənətçi konsertindən bir müddət əvvəl biletlərin satılmaması və konsertin baş tutmaması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib: “Hər birinizə məlumdur ki, kosnertimə səkkiz gün qalmış bütün təşkilatçılıq işləri yanımdakı bir nəfərdən alınaraq başqasına verildi. Sonra həmin insan bu söz-söhbətləri yaymağa başladı. Paxıllıqdan mənim həyata keçirdiyim layihə barədə yalandan söz-söhbətlər yayanlara deyirəm ki, mənim ahım yerdə qalmayacaq. Konsert zamanı bütün fikirlərim ancaq layihəni uğurla başa vurmaq idi. İndi isə mən onunla məşğul olacağam. O nəyə layiqdirsə, onu da görəcək”. A. Kazımova yaxın vaxtlarda Yaşıl Teatrda solo-konsert verməyi də planlaşdırıb. Bu konsertdə də onu Gürcüstandan gəlmiş rəqqaslar müşayiət edəcək. Röya ilə arasında yaşanan problemin yaranmasında da keçmiş prodüsseri Tolikin əli olduğunu qeyd edib: “Ümumiyyətlə. tək Röya deyil, kimin-kimlə insidenti olubsa, həmin işdə onun əli var. Mən heç zaman Röya ilə qanlı düşmən olmamışam. Yəqin ki, vaxt gələcək və hər şey öz yerini tapacaq.
Röyanın APA-ya verdiyi açıqlamasında “mən heç zaman Tofiq Bəhramov adına stadionda konsert vermərəm” ifadəsinə də münasibət bildirən A.Kazımova orada hər istəyənin kosnert vermək imkanı olmadığını qeyd edib: “Orada konsert vermək hər müğənninin işi deyil. Tofiq Bəhramova adına Stadionda konsert vermək böyük miqyasda tamaşaçısı olmağı tələb edir. Bu Röyanın fikridir, istəmir, verməsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR