Nisə Qasımova: “İlhamə Quliyeva özünə ad verməklə gündəmdə qalır”
- Musiqi müsabiqələrinin münsiflər heyətində niyə təmsil olunmursunuz?
- Bu yaxınlarda yeni bir şirkətdən münsiflər heyətində təmsil olunmaq üçün dəvət aldım. Ancaq razılaşmadım. Bəzən müsabiqələrə baxanda gülməyim gəlir. Münsiflər heyətində elələri oturur ki, onlar hələ sənətdə öz sözlərini deməyiblər. Düzdür, fəxri adları var, ancaq heç 30 yaşı olmayan adam münsiflər heyətində əyləşir. Mən gedib gənc ifaçılarla bir masa arxasında əyləşməyəcəyəm ki... Yəqin müsabiqələrin təşkilatçıları xasiyyətimə bələddir, o səbəbdən də təklif almıram. Aldığım təkliflərdən də imtina edirəm. Çünki bizdə müsabiqələrin keçirildiyi yerlərin dizaynı, şəraiti aşağı səviyyədədir, münsiflər heyətinin tərkibi də məhz bu şəraitə uyğun olur.
- Amma Siz “Azəri-star” yarışmasının münsiflər heyətində təmsil olunmuşdunuz.
- Oradan uzaqlaşmağımın səbəbi inciməyim oldu. Həmin müsabiqədə star olan Günel Məhərrəmovaya qısqanclıqla baxdığımı, ona münasibətimin pis olduğunu iddia edirdilər. Mən heç o qızı tanımırdım. Münsiflər heyətində kiminsə mənə qarşı antipatiyası olduğu üçün belə bir atmosfer yaratdılar. Hiss etdim ki, mən orada sona kimi otura bilməyəcəyəm. Orada münsiflər heyətinin hamısı eyni səsə malik insanlardır. Amma bəziləri özünü sədr kimi aparırdı. Ona görə də oradan bir daha geri qayıtmamaq şərti ilə sakitcə çıxdım.
- Konkret kimin münasibəti Sizi qane etmədi?
- İlhamə Quliyevanın bir fikri olurdu, mənim isə tamam başqa. Bəzən ikimizin də eyni fikri olduğu halda birinci mikrofonu götürüb hər şeyi öz mövqeyi kimi qələmə verirdi. Bu, mənim xoşuma gəlmədi. Mikrofon sıra ilə hər kəsə verilir. Kimsə kefi istəyəndə mikrofonu əlinə alırsa, bu, qeyri-etik bir hərəkətdir. Orada İlhamə Quliyevanın ironiyalı, müəmmalı baxışlarnı da görürdüm. O, publikaya oynayır. Mən işimlə, tutduğum mövqeyimlə bağlı publika ilə oynamağı sevməmişəm. Çünki xalqı aldatmaq olmur. Əyri baxışları, müəmmalı hərəkətləri xalq qəbul etmir. Bu kimi məsələlər məni bezdirdi, düşündüm ki, kiminsə hədəfi olmaqdansa, uzaqlaşsam yaxşıdır. Mən kiminsə əlinin, sözünün altında fikir səsləndirə bilmərəm.
- Bunun səbəbini müsabiqədən uzaqlaşdıqdan sonra araşdırmadınız?
- Mən bunun səbəblərini indiyə kimi də bilmirəm. Qısqanclıqdan söhbət gedə bilməz, çünki buna səbəb yoxdur. Hamı məni də, onu da tanıyır. Nəyə görə belə etdiyini bilmirəm. Müsabiqədən sonra lent yazısına baxdığım zaman onun mənə əyri baxışlarlarını özüm də gördüm.
- İndi münasibətləriniz hansı səviyyədədir?
- Salamımız var. O, məndən böyükdür, ona yaşıma görə hörmət edirəm. Mən ailədə tərbiyəni belə görmüşəm.
- Bugünkü gənclər yaşılı nəslə səhnədən getməyi məsləhət görürlər...
- Mən də gəncliyimdə 50 yaşında səhnədən gedəcəyimi deyirdim. Amma 50-dən artıq yaşım var, hələ də səhnədəyəm. Ona görə ki, buna potensialım, uzun illərdən bəri saxladığım mahnılarım var. Sağlığım, zahiri görünüşüm səhnədə olmağa imkan verir. Hələ də gənclərə örnək ola bilirəmsə, deməli, qalmalıyam.
- Nisə Qasımova gündəmdə qalmaq üçün hansı vasitələrdən istifadə edir?
- Mən gündəmdə qalmaq üçün mahnılarım, təfəkkürüm və intellektimdən istifadə edirəm, zamanla ayaqlaşmağa çalışıram. İnsanların çevrəsində olmalı, onlarla ünsiyyət qurmalıyam. Bundan əlavə heç bir yola əl ata bilmərəm, çünki bu, heç vaxt məqsədim olmayıb. Başqa yola əl atsam, mənim üçün çox böyük ayıb olar, Allah məni cəzalandırar. Mən kiminləsə qol-boyun olmaq üçün səhnəyə gəlməmişəm.
- Xalq artisti adını almamağınızın səbəbi nədir?
- Kölgədəyəm, sakit, sərin bir yerdə dayanıb şou-biznesi seyr etmək, hərdənbir çıxıb “mən də varam“ demək daha gözəldir. Mənim 30 yaşım olanda ədalətsizliklə üzləşdim, istədiyim vaxtda efirə çıxmağıma, mahnılarımı oxumağa qadağa qoydular. Bəlkə zaman gələcək, mən 25 yaşlı gənclərə də meydan oxuyacağam. Bunu hələ bilmək olmaz. Mən xalqın artisti adına çoxdan layiq görülmüşəm. Yenicə səhnəyə ayaq basanda hamı məni peşəkarlarla müqayisə edirdi. Bəzi səbəblərə görə böyük səhnəyə çıxa bilmədim. Mən respublikanın əməkdar artisti kimi şərəfli ada layiq görülmüşəm.
- Bu gün Azərbaycan estradasında “meqa-star” adı uğrunda qızğın mübarizə gedir. Sizin belə adlandırılmaq həvəsiniz yoxdur ki?
- Azərbaycan estradasında Türkiyənin dünya şöhrətli meqa-starı Tarkanın səviyyəsinə bir azacıq da olsa, yaxınlaşan sənətçi varmı? Kim özünü meqa-star sayır? Mən heç zaman müğənninin özünə belə bir ad verməsini sevməmişəm. İlhamə Quliyeva ona verilən adları sadalayır, mən bunu qəbul edirəm. Mən onu alqışlayıram ki, özünə ad verməklə özünü gündəmdə saxlayır. Bu, böyük bir maraq doğurdu. Mənəm-mənəm deməklə o, özünə çox böyük reklam qazandı. Ad qoymaq ona yaraşır, ancaq mənə və başqalarına yox. O, şou-biznesi yaxşı tanıyır ki, bu yaşında da belə qalır. Amma hər şeyin həddi var. Camaat yazıqdır, “mən” sözündən iyrənirlər axı.... Biri deyir, mən F.A-yam. Mən də Fətulla qızı Nisəyəm, deyim N.Q-yəm? Bu gün Azərbaycan estaradsında mənəm-mənəmlik üstündə qırğın gedir. Tarkanı və ya bir başqasını təqlid edən kim.
- Uzun müddət Sizin Zeynəb Xanlarova ilə münasibətiniz kəskin olub...
- İndi bir-birimizə salam veririk. Qapanmış söhbətdir, vaxtilə çox şey deyirdilər. Bu barədə danışmaq istəmirəm. Qoy, hələlik qapanmış mövzu olaraq qalsın. /APA/
Şou-biznes
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib