İlhamə Quliyeva: “ Bütün zirvələrin ən yüksəyindəyəm”
- Allahımın başımın üstündən əksik olmamasını istəyirəm, qoy, O məni hər zamankı kimi yenə də qorusun. Həmin gün anamın, yaxınlarımın, məni həqiqətən sevənlərin ətrafımda olmalarını istəyirəm. Əlbəttə, söhbət məni əsil sevənlərdən gedir, daha üzümə gülüb, arxamca min söz danışanlardan yox. Dodaqbüzənlərə nə salam verirəm, nə də salamlarını alıram. Belə insanları eşitmək və görmək istəmirəm. Mən zərgərəm, arifəm insana baxanda onun simasında nəfəsi necə aldığını bilirəm.
- Özünüzə nə arzulayırsınız?
- Tək özümə deyil, hər kəsə cansağlığı arzulayıram. Dünyada can-sağlığından başqa hər şey yalandır. Cansağlığı olmadan var-dövlət, şan-şöhrət, titullar heç nəyə lazım deyil.
- Sirr deyilsə, neçə yaşınız tamam olur?
- Yox, bunu deməyəcəyəm. Mən axı əbəs yerə “Yaşın nə fərqi var ki?” mahnısını oxumamıışam. O mahnını 40 yaşını keçən qadınlara həsr etmişəm. Bu yaş həddini keçmiş qadınlara belə sual ünvanlanmır. Qadının yaşını bilmək istəyirsinizsə, onun görünüşünə baxmaq kifayətdir. Necə görünürsə elə o yaşdadır. Sizcə, mənim neçə yaşım var?
- 35
- Ümumilli lider Heydər Əliyev də 5 il bundan əvvəl mənə “Şöhrət” ordeni verəndə telefon açmışdı. O zaman onun ilk sualı neçə yaşımın tamam olması ilə bağlı oldu. Mən də dedim ki, soruşmayın, çoxdur. O da cavabında dedi: “35 yaş çoxdur məgər, 35 yaş nədir ki?” Mən də dedim ki, elə 35 ildir səhnədəyəm. Heydər Əliyev dedi ki, bu gündən sonra kim soruşsa, ömrünün sonuna kimi de ki, 35 yaşın var. Bu söhbətdən 5 il keçib, yenə də mənə 35 yaş verdiniz.
- 40 ildir ki, səhnədəsiniz. Bəs yaradıcılığınızın 40 iliyi ilə bağlı hesabat konserti vermək fikriniz varmı?
Əlbəttə, iyulda yaradıcılığımın 40 illiyi münasibəti ilə Yaşıl Teatrda konsert vermək istəyirdim. Ancaq səhhətimlə bağlı konserti təxirə saldım. Hipertonik krizis keçirdiyimdən bu layihə sentyabrda gerçəkləşəcək. Həmin konsertdə 4-5 saat ərzində tamaşaçılara rəngarəng və şedevr mahnılarımı ifa edəcəyəm. Əminəm ki, tamaşaçılar həmin konsertdən zövq alacaqlar. Bu ilin sonuna kimi bir sıra ölkələrdə də yaradıcılığımın 40 iliyi qeyd ediləcək.
- Səhnədən getmək barədə düşünmürsünüz? İndi gənc sənətçilər yaşlı nəslin səhnəni tərk etməməsi barədə tez-tez tənqidi fikirlər səsləndirir...
- Mənim xarici görünüşüm, sənətim lazımi nəticəni verməsəydi, bu fikirləri özümə şamil edərdim. Bütün zirvələrin ən yüksəyindəyəm. Bundan sonra oxumasam belə, sənətə öz möhürümü vurmuşam. İndikilər 40 ili səhnədə yaşa bilməzlər. Bu, necə deyərlər, bir igidin ömrüdür. Sənətkar səhnədə özünü lazımi səviyyədə göstərə bilməyəndə səhnədən getməlidir. O deyilənlərin mənə qəti aidiyyatı yoxdur. Mənə yaraşmayan fikirləri özümə şamil etmirəm. Çünki yerimi, qiymətimi çox gözəl bilirəm. Dövlətimizin verdiyi bütün mükafatlar mənim hansı səviyyəli sənətkar oldugumu sübut edir.
- “Mən meqa-starların meqa-starıyam” fikriniz çox müzakirələrə səbəb oldu...
- Bəli meqa-star məsələsi çoxlarını qıcıqlandırıb. Bu gün çoxları meqa-star olmaq istəyinə düşüblər. Elə primadonna adını da bir çoxları hələ həzm edə bilməybilər. Primadonna sənətin birinci xanımı deməkdir. Mən bu titulları bazardan almamışam, öz səviyyəmdə, yaşımda və janrımda olan müğənnilərin içində xalqın sorğusu ilə bu nominasiyaları qazanmışam. Əgər ümummilli lider Heydər Əliyev mənim sinəmə “Şöhrət” ordeni taxıbsa, dövlət məni Azərbaycanda bir nömrəli sənətkar kimi qəbul edirsə, xalq məni sevirsə bu meqa-starların meqa-starı olmagım deməkdir.
Heydər Əliyev adına Sarayda sonuncu konsertim 5 il bundan əvvəl olub. Yaradıcılığımın 35 iliyi ilə baglı hesabat konsertində 5 saat canlı oxumuşam, özü də heç bir rəqs hərəkətləri qurulmadan bunu etmişəm. İndi oxumaqla bərabər rəqs edirlər ki, bərbad vəziyyətdə oxumaları hiss olunmasın. Oynamaqla xaric ifalarını gizlətmək istəyirlər. Tamaşaçının fikrini yayındırmaq istəyirlər, çünki sənətlərinin zəifliyindən özləri xəbərdardırlar. Mən estrada müğənnisi kimi qəbul olunmuşam, ancaq muğam da oxuyuram. Xəmirim muğam üzərində yoğrulub. Əgər kimlərsə gedib Konservatoriyada, Musiqi Akademiyasında təshil alırsa, mənim evim canlı akademiyadır.
Sizin fikrinizcə, bu gün estradada meqa-star var?
- Meqa-star olmaq üçün mənim kimi yüksək səviyyəyə çatmaq lazımdır. Kim bu səviyyəyə çata bilirsə, Allah xeyir versin. Mən öz sahəmdə, janrımda, yaşıdlarımın içində meqa-staram. Dünyanın hər biri ölkəsində, Avropanın hər bir yerində meqa-starlar var. Hər ifaçı öz janrında meqa-star ola bilər. Bizim böyülk nəslin nümayəndələri arasında da olub və var. Mənim aləmində Habil Əliyev, Fidan və Xuraman Qasımova bacıları meqa-stardır. Meqa-starın buynuzu yox, gözəl sənəti olur. Hesab edirəm ki, bir sənətkar 50-60 il səhnədə varsa, fəaliyyət göstərirsə o artıq meqa-stardır. Küçədən keçən, sənətdən xəbəri olmayanların bu ad uğrunda mübairəzəsi lüzumsuzdur. Bu gün çoxları özünü meqa-star hesab edir. Ancaq onlar heç meqa-star sözünün mənasını anlamırlar. Hətta onlar prodüsser sözünün anlamını başa düşmürlər. Onların fikrincə, prodüsser kaset, disk daşımalıdır, çox gülməlidir. Onların biri də impressarionun mənasını bilmir. İndi meqa-star söhbəti də belədir. Meqa-star sənətkarların sənətkarıdır, zirvənin zirvəsidir. Axı onlar gəlib bu səviyyəyə çatmayıblar. Gəlib çatanda onda iddialarını edərlər...
- Bir müddət əvvəl küsülü olduğunuz həmkarlarınız sizinlə barışdılar. Siz küsülü olduqlarınıza qarşı belə addım atmağı düşünmürsünüz?
- Məndən üzr istəyənlərdən küsməmişdim. Bir xasiyyətim var, əgər kimsə mənə lazımi səviyyədə münasibət göstərməyi bacarmırsa, o insanları unuduram, ürəyimdən də, həyatımdan da pozuram. Mən küsmürəm, sadəcə həyatımdan pozuram. Əgər onlar kiçiklik, həm də böyüklük edib mənim ayağıma gəlirlərsə, bağışlayıram. Kinli insan deyiləm. Barışdığım insanlardan da küsülü deyildim, sadəcə o insanlar mənim üçün yox idilər. Amma istəmədiklərimin də sayı çoxdur. Yalan danışmağı xoşlamıram, mənim üçün həyatda olmayanlar var. Özləri yaşaya-yaşaya yaşamayanlar var. Onları ürəyimdən pozmuşam. Bu addımı atandan sonra həmin insanlar çox şey itiriblər. Onlar yaxşı dost, yaxşı dayağı itiriblər. Elələrinə heç insan demirəm, onlar elementdirlər. Elələri var ki, bağışlayıram, ancaq elələri də var ki, ömrümün sonuna kimi bağışlamaram. Kobudluq, tərbiyyəsizlik, mənə qarşı əxlaqsız münasibət göstərənləri və xəyanəti heç zaman bağışlamayacağam.
- Yaşıl Teatrdakı yeni təyinatlara münasibətiniz necə oldu?
- Yaşıl Teatrda Faiq Süccədinov baş rejissor vəzifəsinə təyin olunub. Faiq Sücəddinovun gözəl pianoçu və bəstəkar olduğunu bilirəm, amma baş rejissor vəzifəsini necə icra edəcəyi barədə fikir söyləyə bilmərəm. Bəlkə də icra edə bilər, ancaq bu vəzifə onun sənətinə uyğun gəlmir. Gövhər Həsənzadənin də sevilən mahnıları çoxdur. O uzun illər Heydər Əliyev adına Sarayda rejissor köməkçisi əvəzi, sonra rejissor və “Şəhriyar” adına Mədəniyyət Mərkəzinin rəhbəri olub. O təşkilatçılığı bacarır. Ancaq onu rəhbər kimi necə idarə edəcəyini zaman göstərəcək. /APA/
Xəbər Lenti
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB