İlhamə Quliyeva ilə Nisə Qasımova arasında qalmaqal başlayıb

İlhamə Quliyeva ilə Nisə Qasımova arasında qalmaqal başlayıb
# 08 avqust 2007 09:48 (UTC +04:00)
Elə Nisə Qasımovaya rahatlıq verməyən də məhz İlhamə xanımın “xalq artisti” adını daşımasıdır. Nisə Qasımovanın nəzərinə çatdırırıq ki, bu fəxri adı sənətkara ümummilli lider Heydər Əliyev verib”. Bu açıqlama APA-ya İlhamə Quliyevanın mətbuat xidmətindən daxil olub. Açıqlamada Nisə Qasımovanın agentliyə verdiyi müsahibəsində İ. Quliyeva ilə bağlı fikirlərə münasibət bildirilib. Açıqlamada İlhamə Quliyevanın 40 ildir ki, səhnədə olduğu, 33 mükafat aldığı, “bunun da N. Qasımovanı qıcıqlandırdığı” vurğulanıb: “Elə bu mükafat və titullar da daim kölgədə qalan Nisə Qasımova kimilərinin yuxusuna haram qatır. Xüsusilə İlhamə xanımın “meqa-starların meqa-starı” adlandırılması Nisə Qasımovanı özündən çıxarıb. Paxıllıq hissi müğənninin əsəblərini korlayıb. Yaxşı olardı ki, o, əsəblərini sakitləşdirən həblər qəbul etsin, yoxsa özünəməxsus “fəlsəfi fikirləri” onu sonda ruhi xəstəyə çevirə bilər”.
“Azəri star” müsabiqəsində İ. Quliyevanın münsiflər heyətinin sədri olduğu xatırladılan açıqlamada digər münsiflərin məhz onun razılığı ilə seçildiyi vurğulanıb: “Layihənin davam etdiyi ötən müddət ərzində İlhamə xanım istisna olmaqla münsiflər heyətinin dəyişməsi bunu aydın göstərir”. İ. Quliyevanın 2000-ci ildə İstanbulda Atatürk Kültür Mərkəzində keçirilən Dünya Qadınlarının Simpoziumunda “Beynəlxalq statuslu sənətçi” tituluna layiq görüldüyü, ötən il isə “Dünya səfiri” mükafatını aldığı bildirilib: “Bu mükafatlar onu “meqa-starların meqa-starı” adlandırılmasına imkan verir. İlhamə Quliyeva yeganə azərbaycanlı sənətkardır ki, səsi Hollivuddan gəlib”.
Açıqlamada bütün bunlarla yanaşı İ. Quliyevanın N. Qasımova ilə münasibətlərinin həmişə müsbət olduğu, İ. Quliyevanın səhnə fəaliyyətinin 40 illik yubileyində Nisə Qasımova onun ünvanına xoş sözlər səsləndirdiyi də vurğulanıb: “Bu bir daha göstərir ki, insanları, xüsusilə şou-biznesdəki adamları tanımaq olmur”. Mətbuat xidməti açıqlamanın sonunda bir daha İ. Quliyevanı “estrada səhnəsinin tacı” adlandırıb və “bu yeri heç kimin onun əlindən ala bilməyəcəyini” qeyd edib.
Qeyd edək ki, N. Qasımova APA-ya müsahibəsində İ. Quliyevanı özünə ad və tutullar verməkdə, özündənrazılıqda ittiham edib, telemüsabiqənin münsiflər heyətindən onun üzündən uzaqlaşdığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR